Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram günlərində qəzetlər çap olunacaqmı?



Bayram günlərində qəzetlərin fəaliyyəti yayım firmalarından asılı olacaq


Mart ayında 10 gün iş olmayacaq. 

İlk qeyri-iş günü martın 9-na təsadüf edir. 8 mart Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən martın 9-u qeyri-iş günü sayılacaq. 

Noruz Bayramı ilə bağlı bu il Nazirlər Kabinetinin son dəyişikliyinə görə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdiriləcək. Martın 20-dən 29-dək ölkədə qeyri-iş günü olacaq. Martın 29-u bazar gününə təsadüf etsə də, iş günü olacaq.

Bəs görəsən, bu müddət ərzində ölkənin aparıcı mətbuat orqanları fəaliyyətini necə davam etdirəcək? Bayram günləri ilə zəngin olan mart ayı ilə bağlı qəzet redaktorlarının hansı planları var?

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bayram günlərində iş qrafikinin necə olması ilə bağlı yayım firmaları ilə məsləhətləşmələr apardığını bildirdi: “Mart ayında qeyri-iş günlərinin sayı çox olduğu üçün biz qərara almışıq ki, bazar günü olmasına baxmayaraq, martın 8-də və 9-da işləyək. Martın 9-da qəzet olacaq və növbəti günləri də adi qrafiklə işləyəcəyik. Novruz bayramında isə martın 19-da işləyəcəyik, 20-də qəzet çıxacaq. Bayramdan sonra növbəti iş gününün nə vaxt olacağını isə hələlik dəqiqləşdirməmişik. Digər mətbuat orqanları və yayım firmaları ilə müzakirə apardıqdan sonra konkret vaxtını deyəcəyik. Ola bilər ki, ayın 26-da işə çıxaq, 27-də qəzet olsun. Ancaq yayım firmaları işləməsə, 29-da iş başlayacaq, 30-da qəzet olacaq. Ancaq bu hələ dəqiq deyil, yayım firmaları ilə müzakirələr gedir. Ola bilər ki, daha tez işə çıxaq”. 

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov bildirdi ki, bayram günlərində onların iş qrafiki yayım firmalarının işindən asılı olacaq: “Hələ ki, dəqiq bilinmir. Yayım şirkətləri ilə razılaşmağa çalışırıq. Qəzetlərin bütün maliyyəsi qəzetdən satışından çıxır. Bu baxımdan, 10 gün qəzet çıxarmamaq çox böyük maliyyə itkisidir və redaksiyaya çox böyük problemlər yarada bilər. Bizim qəzetin işçiləri üçün 4-5 günlük tətil nəzərdə tutulur. Çalışacağıq ki, yayım şirkətləri ilə bu istiqamətdə razılığa gələk. Onların razılığı olarsa, biz maksimum 4 günlük tətil edəcəyik. Ancaq tarixləri dəqiq deyə bilmərəm. Məsələnin digər bir tərəfi odur ki, bu zaman insanların əksəriyyəti şəhərdən kənarda olur. Ancaq bizim daimi oxucularımız var və onlar martın 23-dən sonrakı dövrdə, bayram əhval-ruhiyyəsi yığışandan sonra qəzet alacaqlar. Qəzetlərin tirajı da bir o qədər çox deyil, oxucu auditoriyası hər zaman qəzet əldə etməyə çalışır. Bir az məhdud da olsa, çox zərərə düşməməyə çalışacağıq. 8 mart qadınlar günündə isə işləyəcəyik. Çalışacağıq ki, qadın əməkdaşlarımıza bir qədər güzəşt edək. Yəni, 8 martla bağlı qrafikdə dəyişiklik yoxdur”. 

“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camal da bildirdi ki, bayram günlərində qəzetin iş qrafiki yayım firmalarından asılıdır: “Bayram günlərində yayım firmaları işləmir. Onlar işləmirsə, qəzeti nəşr etməyin heç bir mənası qalmır. Ona görədə, bayram günlərində yayım firmaları hansı qrafiklə işləsə, biz də ona uyğun işləyəcəyik. Ancaq hələ ki, bəlli deyil. Bizim qəzetin çap versiyasından əlavə onlayn versiyası da var. Qəzet çap olunmasa belə, əməkdaşlarımız saytda işlərini davam etdirəcəklər”. 

“Bizim yol” qəzetinin əməkdaşı Rəşad Vaqifoğlu isə bildirdi ki, bayram günlərində redaksiya əməkdaşları işləməyəcəklər: “9 mart tarixinin qeyri-iş günü olmasına baxmayaraq, işləyəcəyik. Ancaq bayram günlərində martın 20-dən 29-na qədər işləməyəcəyik. Çünki bu müddətdə yayım firmaları işləmir. Hələ ki, qərar belədir, başqa bir razılaşma əldə olunsa, dəyişiklik ola bilər ”. 

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirdi ki, bayram günlərində qəzetin nəşri dayandırılacaq: “Biz Nazirlər Kabinetinin qərarına uyğun olaraq, bütün qeyri-iş günlərində çalışmayacağıq. Bu müddətdə qəzet çap olunmayacaq. Həm martın 9-da, həm də 20-29 mart tarixlərində işləməyəcəyik. Ancaq rəhbərlikdən xüsusi bir tapşırıq verilsə, iş qrafikimizdə dəyişikliklər ola bilər. Ancaq hələ ki, belə bir tapşırıq verilməyib”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar