Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb
APA-nın verdiyi məlumata görə, ötən gün Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Caməllədin Həsənov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. 30 yaşlı C.Həsənovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
pia.az