“Əbədi bakılı” Bəhram Bağırzadə bir il ərzində Bakı merinə yazdığı açıq məktublardan ibarət kitab buraxıb
Dekabrın 16-da Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyində tanınmış musiqiçinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə aktyor, şoumen Bəhram Bağırzadənin "Merə məktublar" kitabının təqdimatı olub.
Kitabda Bakı merinə paytaxtda bir sıra foto-muzeylərin, eləcə də Azərbaycan milli mətbəxinin əks olunacağı muzeylərin açılması, Hacı Zeynalabdin Tağıyev kimi görkəmli şəxsiyyətlərin heykəlinin ucaldılması kimi təkliflər yer alıb. (buro247.az)
pia.az