Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədri Keşlədə sakinlərin yolunu zəbt edib öz həyətinə qatdı


Bələdiyyə seçkiləri başa çatandan sonra Bakının ən böyük qəsəbələrindən olan Keşlədə kimin bələdiyyə sədri seçiləcəyi həmin ərazinin sakinləri tərəfindən maraqla izlənilib


PİA.AZ xəbər verir ki, azinform.az-a şikyaət edən bir qrup qəsəbə sakini yanvarın 27-sində böyük məyyusluq keçirdiklərini deyirlər

Şikayətçilərin  sözlərinə görə, keçmiş bələdiyyə sədrinin yenidən bu posta yiyələnməsi onlar üçün heç də ürəkaçan olmayıb. Bələ ki, növbəti seçkilərə kimi bu postu yenidən Ələmdar Vəfədarov tutacaq.

Qeyd edək ki, son günlər bir çox KİV-lərdə Keşlə bələdiyyəsi sədrinin fəaliyyətinin tənqidi tərəflərinə həsr edilən çeşidli məqalələrə rast gəlmək mümkündür. Həmin yazılarda qəsəbənin sakinlərinə istinadən iddia edilir ki, hər il dövlət büdcəsindən sözügedən bələdiyyəyə 6 min manat datasiya ayrılır. Ancaq həmin vəsaitin necə və hara xərcləndiyi barədə müvafiq qurumlara heç bir  hesabat verilməyib.  Digər maraqlı məqam isə, 2011-ci ildən başlayaraq indiyə qədər ARDNŞ-ın  Keşlə bələdiyyəsinə 100 min manat yardım göstərməsilə bağlıdır.  Qeyd edilir ki, təkcə ötən il ərzində  bu məbləğ 20 min manat olub. Hansıki, digər bələdiyyələrin belə bir şansı yoxdur. Bir belə yardımın müqabilində Keşlə bələdiyyəsi hansı işləri görüb? Bir balaca yağış yağan kimi, Keşlədəki evlər su altında qalır.

Konkret olaraq ünvanlanan şikayətdə bildirilir ki, Ələmdar Vəfadarovun gördüyü ən “böyük” işlərdən biri də  qanunsuz tikilən  evlərin layihəsinə dair çıxarışların hazırlanmasından ibarətdir: “Özbaşına tikilən evlərə bələdiyyə sədri tərəfindən hazırlanan hesabatlar “texpasport” əvəzi verir.  Bu minvalla camaatdan 200-300 manat pul alınır.  Ən maraqlısı isə budur ki, həmin sənədlərə hansısa MMC adıyla möhür vurulur”.

Şikayətçilər həmçinin qəsəbənin ərazisində fəaliyyət göstərən böyük şirkətlərin bələdiyyəyə ayırdığı iri həcmli yardımların da taleyinin necə olmasından xəbərsiz olduqlarını bildirdilər: “Həmin ərzaq da qəsəbədə ehtiyacı olan sakinlərə paylanmalıdır. Ancaq bələdiyyə tərəfindən  belə addımın atıldığını görməmişik”.

Verilən məlumatda  daha sonra bildirilir ki, bələdiyyə sədri qəsəbədə yol salmaq əvəzinə, sakinlərin yolunu zəbt edib özünə yeni tikdirdiyi ikimərtəbəli evin ərazisinə qatıb:

“Keşlə qəsəbəsində hamının yaxşı tanıdığı “Azkontakt” adlı beton zavodu var. Onun yanında  kisə sexi fəaliyyət göstərir. Bələdiyyə sədri həmin sexə gedən yol bağlayıb 4 sot ərazini özünə götürüb. İndi sakinlər mənzil başna çatmaq üçün dolanbaç gəlməlidirlər. Biz görmüşük ki, bələdiyyə sədri yol çəkər, Keşlədə isə əksinədir. Bu səbədən də yeni bələdiyyə sədrinin seçiləcəyini gözləyirdik. Təəssüf…”

Apardığımız araşdırma nəticəsində məlum olub ki,  Ələmdar Vəfadarov 1999-cu ildən Keşlə Bələdiyyəsində müavin işləyib. Müavin olmasına baxmayaraq, maliyyə ilə bağlı olan məsələlər onun nəzarətində olub. 2010-cu ildən isə qəsəbə bələdiyyəsinin sədridir.  Yanvar ayının 27-sində yenidən sədr seçilib.

Ələmdar Vəfadarovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar