Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyə sədri Mehdi Hüseynzadə adına parkı satıb…


Məhərrəm Əvəzovun “təhlükəli” hesab etdiyi ərazidə indi imarətlər ucalır


Məşhur Azərbaycan kəşfiyyatçısı, faşist Almaniyasının qorxulu kabusu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin adına Bakının Abşeron rayonunun Novxanı kəndində salınması nəzərdə tutulan parkın ərazisi kəndin keçmiş bələdiyyə sədri Məhərrəm Əvəzov tərəfindən satılıb. 

Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, kəndin Masazır qəsəbəsi tərəfdən girişində salınması nəzərdə tutulan park təxminən bir hektara qədər ərazini əhatə etməli idi. Parkda cəsur kəşfiyyatçının heykəlinin qoyulması, habelə, kənd sakinlərinin istirahəti üçün hər cür şəraitin yaradılması nəzərdə tutulurdu. Lakin birdən-birə bu böyük və hərbi vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm önəm kəsb edən məlum layihədən imtina olunub.  Səbəb isə M.Əvəzovun ərazi ilə bağlı irəli sürdüyü təqdimat olub.
 
Bələdiyyə sədri “kəşfiyyatçının payına” əl uzadır: “Ora sürüşmə zonasıdır…”
 
Mənbənin məlumatına görə, magistral yolun kənarında salınacaq nəhəng parkın şəxsi biznes baxımından ciddi perkspektiv vəd etdiyini anlayan M.Əvəzov, həmin torpaq sahəsinə əl qoymaq üçün ilginc üsula əl atır. Əlaqədar qurumları həmin ərazinin aktiv sürüşmə zonasında yerləşdiyinə inandıran M.Əvəzov, israrla iddia edir ki, burada park salmaq maliyyə itkisindən, “boş yerə əmək sərf etməkdən” başqa bir şey deyil.
M.Əvəzovun müdaxiləsindən sonra qeyd edilən ərazidə M.Hüseynzadə adına parkın salınmasından imtina olunur. Daha sonra M.Hüseynzadənin parkda qoyulması nəzərdə tutulan heykəli Novxanı kəndindəki məktəbin həyətinə qoyulur.
 
Məhərrəm Əvəzov “sürüşmə zonasını” zəbt edir və qarış-qarış satır…
 
Bilgili mənbənin məlumatına görə, “park təhlükəsini” dəf edəndən qısa müddət sonra M.Əvəzov həmin ərazini öz şəxsi dədə-baba mülkü kimi sot-sot, qarış-qarış satmağa başlayır. M.Əvəzovun sürüşmə zonası kimi təqdim etdiyi ərazidə bir neçə yaşayış evi inşa edilir. Hansı ki, həmin evlərdə bu gün də aktiv məskunkaşma mövcuddur və hələ ki, heç kim sürüşmə problemi ilə üzləşməyib.

Mənbənin sözlərinə görə, “kəşfiyyatçı payına” əl uzadan M.Əvəzovla bağlı bu hadisə onun Novxanı kəndi ərazisində həyata keçirdiyi çoxsaylı qanunsuzluqlardan sadəcə biridir. Keçmiş bələdiyyə sədrinin ölkədə analoqu olmayan özbaşınalıqlara imza atdığını bildirən mənbə, bu hadisələri haqqında redaksiyamıza müfəssəl məlumat verəcəyini vurğualayıb.

Mənbə: Cumhuriyyət
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar