Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyələrdən başlamalı - niyə də yox?


Azərbaycan hökuməti, Mərkəzi Bank manata “süni nəfəs” verməkdə davam edir. Bundan ötrü həm də ölkədəki valyutadəyişmə məntəqələri ləğv edilərək ABŞ dollarının sərbəst satışı yasaqlanıb, bir sıra banklar qapadılıb, başqa bu qəbildən addımlar atılıb və atılmaqdadır. Fəqət, milli valyutamızın durumu yaxşılaşmır. Niyə?


Çünki iqtisadçı ekspertlərə görə, belə addımlar inzibati xarakterlidir, azad iqtisadiyyat isə inzibati müdaxilələri sevməz. Bu qədər bəsit bir izah. Yeri gəlmişkən, bəyəm Sovet iqtisadiyyatının, ardınca isə SSRİ-nin özünün axırına dövlət səviyyəsində iqtisadiyyata inzibati müdaxilələr, planlı iqtisadiyyat adlı əcaib idarəçilik çıxmadı ki? Çıxdı.

Amma bu acı təcrübə, görünür postsovet ölkələrinin çoxuna, o sırada Azərbaycana dərs olmayıb. Söhbət yalnızca sabitliyin bərqərar olunmasına hesablanmış köhnə və yanlış idarəçilik formasını kosmetik düzəlişlərlə yaşatmaqdan gedir...

Velosipedi təzədən kəşf etməyə isə lüzum yox. İqtisadçı olmağa da gərək yoxdur: nə qədər ki, Azərbaycanda azad bazar qanunları real olaraq işlək hala gəlməyəcək, heç bir iqtisadi möcüzə baş verməyəcək və manat da öz real dəyərinə qovuşmayacaq, onu “süni tənəffüs aparatı” belə, xilas edə bilməyəcək. Deməli, ölkə o vaxtadək yerli və əcnəbi investorlar üçün maraq kəsb etməyəcək, üstəlik, beynəlxalq maliyyə qurumları bizə kreditləri yüksək faizlə verəcək.

Halbuki, məsələn, nefti-qazı olmayan qonşu Gürcüstan belə məbləğləri aşağı faizlərlə alır, ona görə ki, orada iqtisadi-biznes azadlıqları optimal səviyyədə bərqərar edilib, bazar iqtisadiyyatının oturuşması, yerli valyutanın möhkəmliyinin şərti kimi idxalın gücləndirilməsi üçün vacib olan şəffaf və korrupsiyasız idarəçilik də faktiki, təmin olunub. Bəs Azərbaycanda?

Əfsus ki, bu suala hələ ki, pozitiv cavab yoxdur. Manatın ikinci devalvasiyasından keçən müddət iki aya yaxınlaşır, ancaq bizdə iqtisadi-biznes azadlıqlarının, korrupsiya və şəffaflığın səviyyəsinin heç olmasa, Gürcüstandakı kimi olacağına dəlalət edən ümidverici proses müşahidə olunmur. Heç kim özünü aldatmasın.

Bəs nə vaxt müşahidə ediləcək? Əlbəttə ki, iqtisadi islahatların birinci şərti hesab olunan siyasi islahatlara başlananda - o cümlədən hakimiyyət qollarının, xüsusən də məhkəmələrin və qanunverici orqanın müstəqilliyi və legitimliyinin təmin edilməsi yönündə real addımlar atılanda, korrupsiyaya bulaşmamış kadrlar iş başına gətiriləndə. Yenə uzağa getməyək, qonşu Gürcüstan məgər bundan başlanmamışdı?..

Son zamanlar iqtidaryönlü simalar müxalifətin böhranla bağlı təkliflərini az qala lağa qoyurlar, iddia edirlər ki, müxaliflər kəmfürsətlik edib erkən seçkilər mövzusunu ortaya atır. Amma unudurlar ki (bəlkə də qəsdən), dünya təcrübəsində siyasi islahatlarsız uğurlu iqtisadi islahatlara nail olunmasına dair nümunə yoxdur.
 
Yaxşı, tutaq ki, erkən parlament və ya prezident seçkiləri ağır seçkilərdir, ölkənin sabitliyi üçün təhlükə vəd edir, qarışıqlıq yarana bilər və s. Bəs azad və ədalətli yerli bələdiyyə seçkilərinin təşkilinə nə sözünüz?

Dəniz suyunun dadını bilmək üçün damla yetərlidir. Yəni hökumətin islahat istəyi səmimidirsə, onu elə bələdiyyə seçkilərindən də görmək mümkün olacaq. Zira, azad iqtisadiyyata malik ölkələrdə yerli hakimiyyət korrupsiya yuvaları olan İcra hakimiyyətlərinə yox, çoxdan azad seçkilərlə formalaşan bələdiyyə orqanlarına məxsusdur.

Məsələ (əslində bəla) da ondadır ki, hökumətin nə yaxın 6 ay-1 ilə, nə də yaxın 2-3 ilə heç bir bitkin, çevik, strateji və konkret mərhələlərə bölünmüş hərəkət proqramı yoxdur. Varsa, göstərin. Yoxdursa, onda uzağı, Novruz ərəfəsi manatın üçüncü devalvasiyasını gözləyin.

Bunu da biz demirik.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar