Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyələrə əlavə səlahiyyət verilib



Nazirlər Kabineti “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nda dəyişikliklər edib


PİA.AZ APA-a istinadən xəbər verir ki, qaydalara əsasən indiyə qədər dövlət orqanları tərəfindən xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsinin şərtlərinə uyğunluğunun yoxlanılması, bir qayda olaraq, ildə bir dəfə növbəti yoxlamalar əsasında keçirilib.
 
Dəyişikliyə əsasən bundan sonra sahibkarlar istisna olmaqla xüsusi icazə sahiblərinin fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədilə ildə bir dəfə növbəti yoxlamalar aparılacaq. Digər dəyişiklik də sahibkarlarla bağlı məqamla əlaqədardır. İndiyə qədər mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müvafiq səlahiyyətli dövlət orqanlarına dövlət orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin müraciətləri daxil olduqda, xüsusi icazənin sahibi olan fiziki şəxs vəfat etdikdə, hüquqi şəxs ləğv olunduqda və xüsusi icazənin sahibi olan hüquqi şəxsin yenidən təşkili olduqda yeni xüsusi icazənin verilməsi üçün növbədənkənar yoxlamalar keçirilib. Bundan sonra bu hallarda sahibkar olmayan xüsusi icazə sahiblərində növbədənkənar yoxlamalar keçiriləcək.
 
Üçüncü dəyişiklik isə bələdiyyələrə yeni səlahiyyət verilməsi ilə əlaqədardır. Bundan sonra yerli özünüidarəetmə orqanlarının da mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi ilə bağlı qanunvericiliyin pozulması və dövriyyənin şərtlərinin dəyişilməsi barədə müraciəti daxil olduqda müvafiq dövlət orqanı növbədənkənar yoxlamalar apara biləcək. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar