Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bələdiyyələrin səlahiyyətləri məhdudlaşdırılır?



Bu seçkili orqanın statusunun azaldılacağı barədə xəbərlər dolaşır; ekspert bunun yolverilməz olduğunu bildirir


Bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkili orqanın statusunun azaldılacağı barədə xəbərlər dolaşır. Bələdiyyələrin vaxtından əvvəl buraxılması, üzvlərinin fəaliyyətinin dayandırılması və hesabatın verilməsi ilə bağlı qaydalar dəqiqləşdirilir. Maraqlıdır, görəsən bələdiyyə seçkiləri öncəsi bələdiyyələrin statusları ilə bağlı hər hansı bir dəyişiklik nəzərdə tutulurmu? 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bələdiyyələrin səlahiyyətlərinin məhdudlaşdırılmasının yolverilməz olduğunu bildirdi: “Bələdiyyələr konstitusion institutdur. İstənilən halda bələdiyyələrin hüquqlarını məhdudlaşdırmaq yolverilməzdir. Düşünürəm ki, bələdiyyələrin statuslarını dəyişdirmək istiqamətində işlər aparmaq daha zəruridir. Bələdiyyələrlə yeri icra nümayəndələri arasında bəzi vəzifələr üst-üstə düşür. Hesab edirəm ki, ərazi icra nümayəndələrinə aid bəzi işlərin bələdiyyələrə keçməsi daha doğrudur.  Bələdiyyələrin yetərincə səlahiyyətləri var. Sadəcə maliyyə resursları yoxdur. Bu baxımdan səlahiyyətlərin resurslara uyğunlaşdırılması prosesi olmalıdır. Zaman-zaman biz bu istiqamətdə işlər görmüşük. Real olaraq, bələdiyyələr müstəqil bir quruma çevrilməlidir. İstisna müstəqilliyə malik olmalıdırlar. Onların işinə müdaxilə etmək imkanı olmamalıdır. 

Düşünürəm ki, Milli Məclis bu istiqamətdə işlər görüləcək. Parlamentin Regional əlaqələr komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrlə bağlı problemləri yaxşı bilir. Bu istiqamətdə onun əhəmiyyətli təşəbbüsləri olub. Bundan əlavə bələdiyyələrin birləşdirilməsi ilə bağlı bəzi fikirlər səsləndirilib. Bu proses hazırda davam edir. Hesab edirəm ki, bələdiyyələrin statuslarının dəqiqləşdirilməsi istiqamətində konkret işlərin görülməsi zamanıdır. Bu seçkili orqanın səlahiyyətlərinin məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Bu, demokratik prinsiplərə mane ola bilər. Əksinə, bələdiyyələrin səlahiyyətlərinin artırılmasının tərəfdarıyam. Prinsipal mövqeyim ondan ibarətdir ki, Avropada bələdiyyələrə verilən səlahiyyətlər bizdə də tətbiq olunmalıdır. Onlara ”yarım dövlət" statusu verilməlidir".

Hüquqşünas bələdiyyə üzvlərinin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müzakirə edilən məsələyə də münasibət bildirdi: “Əgər bələdiyyə üzvü üzərinə düşən işi yerinə yetirmirsə,  qanunvericiliyin tələblərinə əməl etmirsə, seçiciləri qarşısında hesabatlı deyilsə, belə bir üzvün işinə qanunvericilik üzrə baxılması müsbət tapıntı olar. Çünki bələdiyyə üzvü seçilərkən 5 il müddətinə heç bir məsuliyyət hiss etmir. Hesab edir ki, əhali onu seçməkdə borculudur.  Amma bütün bu işlər ciddi sürətdə araşdırmalıdır. Şəffaf olmalıdır. Qanunları mütəmadi olaraq pozan, rüşvətdə adı hallanan üzvlərin işinə xitam verilməlidir. Bunun üçün həmin ərazidə yaşayan seçicilərin fikirləri nəzərə alınmalıdır. Bu zaman mütləq tarazlıq saxlanılmalı, hər şey ədalət çərçivəsində olmalıdır”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar