Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəlkə də Allah görk etdi...


Gülşən ŞƏRİF yazır


Dediyin sözlərin yükünü daşıya bilməyəcəksənsə, danışmasan ondan yaxşıdır.

Çox yorulmuşdu. Doğma insanının yataq xəstəsi olması onu mənən çox çökdürmüşdü. Elə fiziki cəhətdən də yorğun idi. Axı xəstəyə baxan xəstədən betər olur. Əsəbləri korlanmış, gərginliyi hər gün artmaqda idi. O dərəcədə ki, doğması olan insanın kaprizləri belə artıq ona əsəb verməyə başlamışdı. Aydındır, xəstə insanlar uşaq kimi olurlar. İstəkləri, fikirləri tez-tez dəyişir. Onların nazını çəkmək böyük səbir tələb edir.

Xəstənin istədiyi yeməkdən olmadığına görə qadın tez-tələsik yeməyi hazırladı. Yetər ki, yaxşılaşması üçün xəstə yemək istəsin. Qadının həvəslə qarşısına qoyduğu yeməyi xəstə yeməkdən imtina etdi. “Yox, artıq ürəyim istəmədi” deyib yeməyi yemədi. Sanki bu sözlər əsəbləri pozulmuş qadının sinir sisteminə  birbaşa təsir etdi. Hirsindənmi, yoxsa bezdiyindənmi şikayətçi olmağa başladı. Və xəstəni balaca uşaqlar kimi danlamağa başladı. “Kefin nə istəyir hazır edirik, hamımız qulluğunda dururuq. Nə vecinə rahat oturmusan, biz əziyyət çəkirik. Öz işlərimizin verdiyi yorğunluq bir yana, sənin də nazını çəkirik. Amma sən “mız” qoyursan” deyərək yeməyi götürüb otaqdan çıxdı. 

Bəlkə də qadın içini boşaltdıqdan sonra əsəbləri sakitləşdi, özünü “düzgün” iş tutubmuş kimi hiss etdi. Amma birinin əlindən tutursansa, ona yardımçı olursansa, bunu nə zamansa üzə vurmaq o yaxşılığın gözəlliyini həmin an bitirir. Qadının dediyi sözləri bir sillə kimi qəbul edən xəstə nə edəcəyini anlaya bilmədi. Nə incitdiyinə görə üzr istəmək, nə də bu fikir dəyişikliyinin özündən asılı olmadığını qadına başa salmağa gücü çatmadı. Edə bildiyi tək şey dua etmək oldu. “Allahım, nə olar məni tez sağalt!” deyə ağlamaq başqa əlindən heçnə gəlmədi. 
Doğmalar arasında küskünlük, inciklik qısamüddətli olur. Sanki hansısa qüvvə yenidən onları bir-birinə yaxınlaşdırır. O hadisədən sonra qadın yenidən xəstəyə qulluq etməyə başlamışdı. Xəstə də həmişə olduğu kimi doğmasını yorduğuna görə üzrxahlıq edirdi. Kim istəyər ki, xəstələnsin? Başqalarına möhtac yaşasın? Vicdanı olan insan öz başına gələn pislikləri də başqalarına arzulamaz. Ancaq hər insan etdiklərinin əvəzini mütləq görür. Bunu insan insana arzulamır, amma hansısa sehirli güc insana nələrisə anlamağı üçün dərs verir.

Bir söz var: “Allah görk edir”. Sanki Allah bəndəsinə daha düşüncəli olmaq üçün hansısa acılarla reallığı görk edir. Hə, o xəstə insan çəkilən əziyyətlərə baxmayaraq, öldü. 

Müəyyən zamandan sonra xəstəyə baxan o qadında da eyni xəstəlikdən tapıldı. Bəlkə də Allah xəstənin nələr çəkdiyini bəxtəvərlik verən bu qadına görk etdi. Bu hadisəni eşidəndən sonra anladığım tək gerçək budur ki, insanın ağzından çıxan hər söz onun yaşantısına, həyatına bir iz salır. Fərqi yoxdur dediyin söz  içtənmi gəlib, ya əsəbdəndir. Deyəsən Allah hər bəndəsini görk edərək cəzalandırır. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar