Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benzin niyə bahadır?

Prezident Milli Məclisə seçkinin vaxtını elan edən kimi Rusiya xarici işlər naziri Lavrov əkə Bakıda peyda oldu


Qarabağda ortalığa belə qəfil çıxan adamların biədəb adı var, yazmaq mümkün deyil. Amma ədəbli ifadə ilə də Lavrovun səfərini işıqlandırmaq mümkündür: “Məscid tikilməmiş kor əsasını dayadı”

Doğrudan da yapistlərin hakimiyyəti ələ keçirdiyi son 22 ildə uca millətimiz bir növ adətkərdə olubdur. Hansısa seçki elan edilən kimi Rusiyadan bir yüksək rütbəli məmur gəlir, prosesi Putinin (Yeltsinin, Medvedevin, Orenburq vilayətinin goburnatının - müxtəlif şəxslər ola bilər - Z.H.) istədiyi şəkildə düzür, qoşur, cəhənnəm olur gedir. Bu şimallı emissarlar hər şeyi ölçüb-biçirlər, hətta hansı müxalifət qayırmağı, gerçək müxalifət olsa onu necə boğmağı da yapistlərə öyrədirlər.  

Kimsə deyə bilər, əşi, Rusiya planetin altıda birini tutan heyvərə dövlətdir, onun nəyinə gərəkdir bir vilayətinin yarısı boyda olmayan Azərbaycanda deputatxanada hansı çoban oturacaqdır. Deyin. Bizdə söz azadlığı var. Bunun əsas sübutlarından biri hazırda zindanda 10-a yaxın jurnalistin saxlanmasıdır. Amma Rusiya doğrudan çox xırdaçı, formalist-pedant bir dövlətdir (Əslində bütün imperiyalar elə bu cür xırdaçı olur, əks halda imperiya qurub saxlaya bilməzlər, ancaq bu, ayrı mövzudur, bunu araşdırmağı AMEA Tarix İnstitutunda muğamat oxuyan bekar alimciklərə tapşıraq). Elə bu xırdaçılıq da Rusiyaya insanlıq, sivilizasiya masasında öz yerini tutmağa mane olur, rus xalqını cürbəcür gic diktatorları dəstəkləməyə məcbur edir. Böyük, bəşəri ideyalarla yaşamaq əvəzinə, axmaq missiyalarla məşğuldurlar. 

Geopolitika haqda bu qədər, zəhləmiz gedən işlə məşğul olmayaq. Ən düzgünü budur Şəkidə son vaxtlar olan mistik festivalları düşünək. Nağara festivalı qurtarandan sonra Şəkidə motosiklet festivalı qayırdılar. Mən hələ də başa düşə bilmirəm, bunların Şəkiyə nə dəxli var. Bəyəm Şəkidə nəsə tarixi nağara məktəbi olub? Oxumamışıq. Ona qalsa Şamaxının Nağaraxana kəndində nağara festivalı keçirmək daha məntiqli idi - heç olmazsa kəndin adına görə. O cümlədən, Şəkidə motosikletin, motoyarışların hansı ənənəsi var? Heç dəxli yoxdur. Amma nə məntiq gözləyirik? Yapistlər istəsələr Hacıqabulda meşə festivalı da keçirərlər. Ya da Qubada kenquru konfransı. Yiyəsiz ölkədir, kim-kimədir? İcra başçısının kefindən asılıdır. 

İnşallah, gələn il neftin bareli 10 dollara düşər, o zaman Şəkidə neft festivalı da keçirərlər. Çünki belə başa düşdüm bizdə festivallar olmayan şeylər üzrə keçirilir. (Dəli şeytan qulağıma mızıldadı ki, bir dənə Müxalifət Festivalının da yeri var. Amma mən dəli şeytana şapalaq vurub qovdum). Neftin qiyməti düşdükcə ARDNŞ benzinin qiymətini salır. Həvəslənməyin, bizdə yox, Gürcüstan, İsveçrə, Ukrayna kimi ölkələrdəki zapravkalarında ucuzlaşma edirlər. Azərbaycanda isə benzin ucuzlaşmır. Millətimiz də çaş-baş qalır. Deyirlər nəyə görə neftin qiyməti qalxanda benzin bahalaşdı, lakin neftin qiyməti düşəndə benzin ucuzlaşmadı. ARDNŞ niyə bizim cibimizə sakitcə girir, xaricilərdən isə qorxur? 

Belə ucuz etiraz donquldanmaları savadsızlıq əlamətidir. Uca millətimizin, etiraf edək, savadı yoxdur. Bir kitab arası açmırlar. Nəticədə anlamırlar ki, bizdə benzin xaricdən baha olmalıdır. Bizdə maya dəyəri bahadır, ona görə! İzah edim, bisavadlar da oxusun. 

Gürcüstanda sən bir litr benzin alırsansa bunun maya dəyərinə benzinin qiyməti, nəqliyyat xərci, vergi girir. Amma Azərbaycanda YDM-də satılan 1 litr Aİ benzinin maya dəyərində yuxarıdakılardan başqa da komponentlər vardır. Bunlar aşağıdakılardır: 

10 qəpik - SR - sadə rüşvət;
15 qəpik - ÜYV - ümumi yaltaqlıq vergisi (yaltaqlara yardım üçün xüsusi fonda toplanır);
12 qəpik - PPF - polisin və prokurorun paket pulu fondu;
1 qəpik -  YBNA - Yazıçılar Birliyi və Anar müəllimin qəlyan pulu;
0,5 qəpik -  YJ - yaltaq jurnalistlər üçün;
5 qəpik - MB - manısları televizorda xodlamaq üçün yanacaq xərcləri;
10 qəpik - LT - Lavrovun torbasını doldurmağa;
20 qəpik - MT - Müxalifətə torba tikməyə; 

Və sairə və ilaxır. Bu xərclər hamısı toplanır, benzini baha eləyir. Ucuz benzin istəyən millət bu şeylərdən imtina eləməyi bacarmalıdır. Bir əldə iki qarpız tutmaq olmaz, ya məsuliyyətli azadlığı seçin, ya da qul bekarçılığını. İkincinin birincidən qat-qat baha başa gəldiyini anlamaq şərtdir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar