Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdə Mədəniyyət və Turizm Şöbəsi təkzib etdi



Bərdə Mədəniyyət və Turizm Şöbəsi ilə bağlı yayılan məlumatlar şantaj xarakterli və böhtan doludur


PİA.AZ xəbər verir ki, son günlər Bərdə Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyəti və onun rəhbəri İlyas Hacıyevlə bağlı bəzi mətbuat orqanlarında müxtəlif tənqidi, böhtan və şantaj xarakterli məlumatlar yayılır. Həmin məlumatlarda əsasən iddia edilir ki, guya, dövlət büdcəsindən ayrılmış vəsaitlər təyinatları üzrə xərclənmir və mənimsəməyə məruz qalır. 

Qeyd edək ki, Bərdə Mədəniyyət və Turizm Şöbəsi özündə 35 mədəniyyət evi, 3 mədəniyyət mərkəzi, 75 klub, 56 kitabxana və 7 musiqi məktəbini birləşdirir. Bundan başqa, Bərdə qədim Azərbaycan şəhəri olduğundan bir xeyli tarixi abidələri ilə diqqəti çəkir. Uzun illərdən bəri bu sahələrin qurulması, yeniləndirilməsi və müasir standartlara cavab verməsi üçün şöbənin müdiri İlyas Hacıyev ciddi cəhdlərlə çalışıb və əziyyət çəkib. 

Bildirək ki, İ.Hacıyev bu illər ərzində dövlət büdcəsindən ayrılmış vəsaitləri qəpiyinə qədər təyinatı üzrə xərcləyib. Elə bu səbəbdəndir ki, Bərdə Mədəniyyət Sarayı ən yüksək səviyyəyə çatdırılıb. Burada xeyli sayda dərnəklər, kurslar təşkil olunub. Rayonda keçirilən əlamətdar günlərlə bağlı tədbirlərdə yerli musiqi qruplarının imkanlarından, rəqs qruplarından yararlanılır. Ki, indiyə qədər belə hallar demək olar ki, baş verməmişdi. 

Nəzərinizə çatdıraq ki, Bərdə Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev təkcə rayonda deyil, həmçinin bölgədə nüfuzlu şəxslərdən sayılır. Onun bacarıqlı, peşəkar və işinin öhdəsindən yüksək səviyyədə gəlməsi regiondakı digər şöbə müdirləri və maraqlı insanların ondan tövsiyyə və məsləhət almasını şərtləndirib. Elə buna görədir ki, İlyas Hacıyev bölgədə hörmətli, peşəkar və ağsaqqal olaraq qəbul edilir. 

Bərdənin mədəniyyət və turizm sahəsinin inkişafına gəldikdə isə bunu hər kəs qeyd edir ki, yaxın illər üçün yeniliklər çox olacaq. Hər il dövlət tərəfindən göstərilən qayğının sayəsində yeni-yeni mədəniyyət ocaqlarının istifadəyə verilməsi, yenidənqurulması, habelə mövcud imkanlardan daha geniş istifadə edilməsi qərarlaşdırılıb. Bəzi saytların yazdıqlarından fərqli olaraq Bərdənin mədəniyyət və turizm sektoru yüksək səviyyədə inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Belə qərəzli yazıların yazılması və dövriyyəyə buraxılması isə İlyas Hacıyevi gözü götürməyənlərin, maddi maraq güdənlərin və iş bacarmayanların işindən başqa bir şey deyil.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar