Bərdədə vətəndaşa məxsus 4 otaqlı ev yandı
PİA.AZ FHN-in saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Sərkarlar kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və evin eyvanına yığılmış 1.5 ton ot baglaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.