Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə müşavirə keçirilib


Mayın 22-də Bərdə rayon Təhsil şöbəsinin konfrans zalında Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlərin iştirakı ilə müşavirə keçirilib


Müşavirəni giriş sözü ilə rayon təhsil şöbəsinin gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə metodisti İsa Abbasov açaraq tədris ili ərzində əldə olunan nəticələrdən danışdı. 

Bərdə rayon  Gənclər və İdman idarəsinin rəis müavini Tahir Quliyev çıxış edərək  “Şahin” hərbi idman oyunlarının məktəbdaxili yarışların və  rayon  birinciliyinin  nəticələri barədə danışaraq  öz tövsiyyələrini verdi. Sonra Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək  məktəblərdə şagirdlərin vətənpərvər  ruhda  tərbiyə olmaları üçün Gənclər və İdman idarəsinin Təhsil şöbəsi ilə birgə həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən danışdı.

Daha sonra “Şahin”  hərbi idman oyununun məktəbdaxili və rayon  birinciliyinin keçirilməsində  göstərdiyi təşkilatçılığa görə Təhsil  şöbəsinin  metodisti İsa Abbasova və “2014-2015 tədris ilinin yekunları” ilə bağlı   fərqlənən bir qrup gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlərinə Gənclər və İdman  idarəsinin   diplomları  təqdim olundu.

 Sonda Bərdə rayon  Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin müəllimi Şamil Abdullayev, H.Məmmədov adına Qarayusifli kənd tam orta məktəbin müəllimi Eldar Quliyev, N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbin müəllimi, Qarabağ müharibəsi veteranı Rafiq Qaraşov müəllimlər adından çıxış edərək öz minnətdarlıqlarını bildirdilər və yeni tədris ilində daha yaxşı işləyəcəklərini qeyd etdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar