Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə ilk dəfə səs verən gənclərlə görüş keçirilib


Oktyabr ayının 13-də Bərdə Peşə Liseyində Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə ilk dəfə səs verən gənclərlə görüş keçirilib


Tədbiri giriş sözü ilə Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Rafiq Alıyev açaraq təşkilatçılara gənclər adından minnətdarlıq bildirdi və qonaqları təqdim etdi.

Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov ilk dəfə səs verən gəncləri salamlayaraq qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə2015-ci il noyabrın 1-də Beşinci çağırış Milli Məclisə seçkilər keçiriləcək.MSK və aidiyyatı dövlət qurumları tərəfindən ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə olan bu irimiqyaslı tədbirin Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun,azad və ədalətli şəkildə keçirilməsi üçün lazımi tədbirlər görülür.Aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla,müxtəlif seçki subyektlərinin maarifləndirilməsi,seçicilərin məlumatlandırılması və onların konstitusion hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün müxtəlif tədbirlər həyata keçirilir.Sizlərlə-ilk dəfə səs verən gənclərlə-maarifləndirici görüşün keçirilməsi də məhz bu qəbilədən olan tədbirlərdəndir. 

Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov seçki tarixindən danışaraq qeyd etdi ki,seçki prosesi ədalətli,demokratik,xalqın və sağlam siyasi qüvvələrin təqdir etdiyi seçkilərin keçirilməsinə yönəlmişdir.Bu məqsədə nail olunmasında heç şübhəsiz azad və mütəşəkkil səsvermə mühüm əhəmiyyətə malikdir.Seçkilərin,bütövlükdə seçki prosesinin taleyi məhz səsvermə günü həll olunur.Bu mənada səsvermə günü nəinki seçki prosesi tarixində,həm də ölkə həyatında çox əlamətdar bir gündür.Məhz buna görə də qanun səsvermə günü baş verən bütün prosesləri və seçki hərəkətlərini ardıcıllıqla və təfərrüatlı tənzimləməyi zəruri hesab etmişdir.Burada ola biləcək hər hansı bir boşluq namizədlər və siyasi qüvvələr arasında narazılıq yarada və yaxud seçkilərin nəticələrinə təsir edə bilərdi.Bu baxımdan mövcud Seçki Məcəlləsi inkişaf etmiş dövlətlərin ən yaxşı dəyərlərini özündə əks etdirir. 

 Ukraynanın Vinnitsa vilayətinin Ukrayna-Azərbaycan gənclər təşkilatının sədri Adil Aydınoğlu çıxış edərək Azərbaycan gənclərinin ölkədən kənarda da öz fəallıqları ilə seçilməsindən danışaraq,gəncləri seçkilərdə daha da mütəşəkkil olmağa çağırdı.

93 saylı şəhər DSK-nın 10 saylı seçki məntəqəsinin katibi Vüsal Məmmədov çıxış edərək seçki prosesinin gedişatından, səsvermə qaydalarından, şəhər üzrə seçki məntəqələrinin harada yerləşməsindən, internet səhifələrində yerləşdirilən seçki saytlarından və internet vasitəsi ilə veb-kameralar olan Məntəqə. Seçki Komissiyasının seçki gedişatının bilavasitə izlənməsinin mümkünlüyündən danışdı. 

 Sonra A.Şahbazov və V.Məmmədov ilk dəfə səs verən gəncləri seçki ilə bağlı maraqlandıran suallara geniş və ətraflı cavab verdilər.

Sonda  ilk dəfə səs verən gənclərə seçki ilə bağlı yaddaş kitabçaları və bukletlər paylandı.

Tədbirə Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov yekun vuraraq qeyd etdi ki, gənclər ictimai-siyasi, sosial-iqtisadi həyatımızda aktiv iştirak etməklə seçki prosesində də ən müxtəlif statuslarda- seçici, müşahidəçi, namizədin vəkili və ya səlahiyyətli nümayəndəsi kimi iştirak edə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar