Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə növbəti səyyar qəbul-görüş keçirildi - Fotolar


Bərdə rayon Yeni Daşkənd kəndində növbəti səyyar qəbul-görüş keçirilmişdir


PİA.AZ-a daxil olan məlumata görə, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  rayonun Yeni Daşkənd kəndində əhali ilə səyyar qəbul-görüş keçirmişdir. 

Səyyar qəbul-görüşü açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı V,İ.İsayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından söz açmış, daha sonra Bərdə rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı  rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. 

Bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Bərdəyə növbəti tarixi səfəri zamanı burada gedən tikinti-abadlıq, quruculuq işlərindən razi qalması bütün bərdəlilərdə böyük ruh yüksəkliyi yaratmış, rayonda bu sahədə həyata keçirilən işlərin daha geniş vüsət almasına stimul vermişdir.bundan sonra da davam etdiriləcəkdir.Keçirilən qəbul-görüşdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilmiş, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Səyyar qəbul-görüşdə Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, ayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, KİV  nümayəndələri iştirak etmişlər. 

Kənd sakinlərindən Əmrahov Fariz, Balıyev Ələddin, İsmayılov Əmirəhməd, Məmmədov Rafiq, Şairov İsrail, Əliyev Aqif, Hüseynov Fəqani, Nəbiyeva Gülnar   və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki,  əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə,  Yeni Daşkənd  kənd həkim ambulatoriyasının əsaslı təmir olunmasına və s.ehtiyac var.Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digərlər məsələlər isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılmışdır.

Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləmiş, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.






pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar