Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə “qoyun əməliyyatı“ - Foto


Rayonda oğurlanan qoyunlar Biləcəridə tapılıb


Bərdə rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qoyun oğurluğu ilə məşğul olan şəxslər aşkar edilərək zərərsizləşdirilib. 

Bərdənin Qaradəmirçi kənd sakini Taleh Həsənovun ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarında qoyunları otarmaq üçün tövlədən çıxarmaq istəyib. Həmişəkindən fərqli olaraq bu dəfə tövlənin qapısının açıq olduğunun görüb. 

Taleh Həsənov dərhal baş vermiş hadisə barədə Bərdə rayon polis şöbəsinə məlumat verib. Keçirilən əməliyyat nəticəsində oğurlanmış qoyunların Laçın rayonundan məcburi köçkün olan Bərdənin qaradəmirçi kəndində məskunlaşmış Əvəz Qurbanovun həyətinə gətirilərək, oradan da satmaq məqsədilə Bakı şəhərinə aparıldığı məlum olub.

Saxlanılan Əvəz Qurbanov ona oğurluq təklifini həmyerlisi Səbuhi Imranovun etdiyini deyib. 

“Gecə saat ikidə yanında da bir oğlanla gəldi. Mən də içkili vəziyyətdə idim. Təklif etdi, mən də razılaşdım. Ondan sonra getdik 15 dənə toğlunu çıxardıq. Gecə saat 3 olardı, yığdıq maşına, getdilər mən qaldım evdə”, - deyə Əvəz Qurbanov bildirib. 

Oğurluqda əlbir olan digər 2 nəfər 31 yaşlı Səbuhi İmanov və 26 yaşlı Fariz İbrahimov da polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Bərdə rayon polis şöbəsindən aldığımız məlumata görə, Əvəz Qurbanov əvvəllər də oğurluğa görə məhkum olunub.

“Maddi sübut olan 15 baş qoyun Bakı şəhəri Biləcəri qəsəbəsi Məlik Aslanov 4 ünvanında yerləşən Misirov Əlzaminə məxsus yaşayış evinin həyətyanı sahəsindən aşkar edilib. Qoyunlar polis şöbəsinə gətirilib”, - deyə müstəntiq Tərxan Allahverdiyev bildirib.

Faktla bağlı Bərdə rayon polis şöbəsində cinayət işi başlanılıb. Hazırda polis saxlanılan şəxslərin digər cinayət əməllərinin olub olmadığını araşdırır.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar