Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərzani geri addım atmır - Şimali İraqda referendumdan sonra nə olacaq?

Arzu Nağıyev: “Bu ssenari Kosovo variantına bənzəyir...”


“Türkiyə və İran nə edə bilər? Praktik olaraq heç nə. Yəni İraqla razılaşıb hər hansı hərbi əməliyyatlara keçirsələr, artıq bu beynəlxalq aləmdə birmənalı qarşılanmayacaq”.

Bu sözləri PİA.AZ-a politoloq Arzu Nağıyev Şimali İraq kürdlərinin referendum keçirməsi məsələsini şərh edərkən qeyd edib.

Bildiyimiz kimi son bir neçə ildir ki, “Kürdüstan dövləti”nin yaranma prespektivləri haqda məsələ dünya siyasətinin əsas mövzularından birinə çevrilib. Artıq kürd məsələsi regional və beynəlxalq problemə çevrilir. Qeyd edək ki, bu ilin 25 sentyabr tarixində isə Şimali İraqda Kürdüstanın müstəqilliyi ilə əlaqədar olaraq referendum keçirilməsi artıq qətiləşib. Şimali İraq Kürdüstan Müxtariyyətinin lideri Məsud Bərzani bir çox dövlətlərin, o cümlədən ABŞ-ın referendumu təxirə salmaq təklifini rədd edib. Şimali Kürdüstanın lideri heç bir vəchlə referendumun təxirə salınmayacağını bildirib. Dünən isə məsələyə münasibət bildirən BMT-nin Baş Katibi Antonio Quterreş referendumun vaxtsız keçirildiyini və bu referendumun İŞİD-lə mübarizəni zəiflədəcəyini qeyd edib. Gözlənilir ki, Şimali İraq Kürdüstanının müstəqillik referendumu BMT Baş Assembleyasının 72-ci sessiyasının əsas mövzularından biri olacaq.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq, Trend informasiya agentliyinin direktor müavini Arzu Nağıyevə müraciət edib.



Arzu Nağıyev: “Türkiyənin sərhədində belə bir dövlətin yaranması  və gələcəkdə ondan PKK –nın da istifadə edə biləcəyi ehtimalı müəyyən mətləblərdən xəbər verir”.


Politoloq Arzu Nağıyev mövzu ilə bağlı PİA.AZ-a verdiyi açıqlamasında bildirib ki, Şimali İraq Kürdüstanının müstəqillik referendumu Yaxın və Orta Şərqdə gərginliyi daha da artıracaq və təbii ki, bu referendum Türkiyə İsraili qarşı-qarşıya qoyacaq. Politoloq hesab edir ki, bu proseslər Yaxın Şərqlə bağlı “Orta doğu projesi”nin məntiqi davamıdır:

“Düşünürəm ki, bu proseslər Yaxın Şərqlə bağlı “Orta doğu projesi”nin məntiqi davamıdır. Yəni Kürdüstan dövlətinin yaradılması məsələsi yeni  deyil. Belə bir məsələ mütəmadi olaraq qaldırılırdı, lakin son vaxtlar elə Qərbin dəstəyi ilə Bərzani həm ərazi cəhətdən, həm də maddi və siyasi cəhətdən gücləndirilib. Bu da Şimali İraqda Kürdüstan dşvlətinin yaradılması fazasını daha da aktivləşdirib.

Bu gün İraq Kürdüstanında keçirilməsi nəzərdə tutulan referendum demək olar ki, bu ölkəni həm müttəfiqə, həm də məhvedici təhdidə çevirə bilər. Bərzani başa düşür ki, keçirilən referendumda 90 faizlə qələbə çalacaq. İraq dövləti də bunun tam əleyhinədir və bəyanatla çıxış edir ki, partiyanın istəyi ilə İraqı parçalamaq düz deyil. Lakin məlumdur ki, ABŞ –ın 15 əvvəlki hücumundan sonra bu ölkə parçalanıb. İraq qorxur ki, Kürdüstan dövləti yaransa, digər millətlər və etnik qruplar da bu yolla gedəcək və tam parçalanma baş verəcək. Bundan başqa kürdlər tək keçmiş əraziləri deyil, həm də İŞİD-ə və digər qruplara qarşı vuruşaraq aldıqları torpaqları da  özlərinə götürəcəklər. Burda neftlə zəngin olan Kərkük, yezidlər yaşayan Səncər də var. Ümumiyyətlə, bu ssenari  Kosovo variantına bənzəyir...

Təbii ki, Kürdüstanın yaranması ən çox yaxın qonşuları Türkiyəni və İranı narahat edir. Hər iki dövlət rəhbərləri bunu ilk növbədə İraqın ərazi bütövlüyünə təhdid kimi dəyərləndirirlər. Bundan başqa hər iki dövlətin ,əsasən də Türkiyənin sərhədində belə bir dövlətin yaranması  və gələcəkdə ondan PKK –nın da istifadə edə biləcəyi ehtimalı müəyyən mətləblərdən xəbər verir. İran isə məhz bu qurumun ABŞ və İsraillə yaxınlığından çəkinir. Bəs bu dövlətlər nə edə bilər? 

Praktik olaraq heç nə. Yəni İraqla razılaşıb hər hansı hərbi əməliyyatlara keçirsələr, artıq bu beynəlxalq aləmdə birmənalı qarşılanmayacaq. Sadəcə olaraq Kərkük variantından və onun Kürdüstana aid olmamasından istifadə etmək olar....

İsrailin əsas marağı Kürdüstan vasitəsilə özünün Yaxın və Orta Şərq siyasətini müsbət istiqamətdə genişləndirməkdən ibarətdir. Məlum məsələdir ki, Kürdüstan dövləti yaransa, ərəb ölkələri ilə deyil, məhz İsrail ilə dostluq edəcək və bu dostluq strateji müttəfiqlik xarakteri daşıyacaq. Bu isə İsrailin maraqları çərçivəsindədir.

 ABŞ–ın ehtiyatlı mövqeyi də maraqlıdır. Vaşinqton həm İraqın müstəqilliyini və ərazi bütövlüyünü tanıyır, digər tətəfdən isə İraqın ərazi bütövlüyünü təhlükə altına alan Şimali İraq kürdlərinə hər cür dəstək verir. ABŞ-ın strateji maraqları çox sahəli olduğundan indi çətin durumla üz-üzə qalıb. Bir yandan İraq və Türkiyə ilə strateji əməkdaşlığını davam etdirmək məcburiyyətindədir, digər tərəfdən isə özünün bölgədəki əsas müttəfiqi olan İsrailin maraqlarını müdafiə etməlidir. Bu durumda ABŞ bitərəf mövqe sərgiləməyə çalışsa da, əslində Məsud Bərzaninin əsas dəstəyi Vaşinqtondan aldığı heç kimə sirr deyil. Çünki ABŞ-ın İsrailin də maraqları üst-üstə düşən maraqları var ortada, təbii sərvətlər də öz yerində. Hadisələrin gedişini isə zaman gözstərəcək təbii ki”.

Arzu Nağıyev: “Vətəndaş müharibəsinin Türkiyə və İrana sıçraması inandırıcı görünmür”.


Referendumdan sonra müharibə ehtimalını dəyərləndirən politoloqun fikrincə İraqSuriyadan sonra vətəndaş müharibəsinin referendumdan sonra Türkiyə və İranın ərazilərinə sıçrama ehtimalını inandırıcı hesab etmir:

“Referendumdan sonra Türkiyə və İranın ərazilərində PKK aktivləşə bilər. Lakin vətəndaş müharibəsinin Türkiyə və İrana sıçraması inandırıcı görünmür. Çünki qədim dövlətçilik ənənəsi olan Türkiyə və İranda İraqda həyata keçirilən taktika baş tuta bilməz. Demək olar ki,İraqı məhz öz milləti, daxildəki müxtəlif qruplaşmalar və etnik qruplar hesabına məhv etdilər. Bu ssenarini Türkiyə və İranda hazırda tətbiq etmək mümkünsüzdür. Bundan başqa belə prosesin baş verməsi dünya güc mərkəzləri üçün də vacib deyil və zənnimcə belə bir məqsəd də yoxdur”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar