Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəs niyə...?


Xuraman Vəfa - "Bəs niyə unuda
bilmirəm səni?", "Ümid qapısında" , "Küsməyəcəyəm"


 "Bəs niyə unuda
bilmirəm səni?"

Sən ki qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?

Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?

Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.

Sənli xatirələr boynunu bükür,
Hicran kərpic-kərpic qəlbimi
sökür,
Həsrətin gözümdən qanlı yaş
tökür,
Bilmirəm, unuda bilmirəm səni.

Təklik əzabından usanıb canım,
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə
danım,
Vəfayam, unuda bilmirəm səni.

Ümid qapısında

Qaynar, gözlərimi özumə qaytar.
Gözundə həbs olub, qara gözlərim
Min bəla gətirdin başıma mənim,
Qaytar, urəyimi özumə qaytar.

O ilıq nəfəsin qalıb canımda,
Sellərtək çağlayır, axır qanımda.
Sən ki bələ gündə yoxsan yanımda,
Qaytar, ürəyimi özümə qaytar.

Gərək bəxt adamı yadına salsın,
Küsüb ağlayanda könlünü alsın.
Nəyi vərmişəmsə qoy səndə qalsın,
Qaytar, ürəyimi özümə qaytar.

Bir gün üzə gülüb, xoş dindirmədin,
Qəlbimi ovudub sevindirmədin,
əzəldən sən mənə huzur vərmədin,
Qaytar, ürəyimi özümə qaytar.

Dövran imtahana çəkir Vəfanı,
Səngimək bilməyir eşqin tufanı.
Mən cəfanı çəkdim, yadlar səfanı,
Qaytar, ürəyimi özumə qaytar.

Küsməyəcəyəm

Sön dəfə baxıram sənlə göz- gözə,
Göz yaşım axsa da silməyəcəyəm.
Sənə dərd ortağım dəmisdim bir vaxt,
daha dərdlərimi bölməyəcəyəm.

Bəhanə axtarıb nə söyləsən də,
Susacam qarsında dinməyəcəyəm.
Bilirəm gətməyə qərar vərmisən,
Gətmə, yanımda qal dəməyəcəyəm.

Gət, hara istəsən, yaxsı yol sənə,
onu bıl arxanca gəlməyəcəyəm.
Həsrət qılınc kimi kəssə də məni,
Sənin qədəminə enməyəcəyəm.

Nələr yaşamadım mən bu həyatda,
Sənsiz yaşasam da ölməyəcəyəm.
Mənim də könlümü alan olacaq,
Sanma səndən sönra gülməyəcəyəm.

Tək ucalan qala möhtəşəm olur,
Hər çıxan tufandan çökməyəcəyəm.
Bir saray tikəcəm, amma yanından,
Bu uçuq komanı sökməyəcəyəm.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar