Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə dəyirmi masa keçirilibdir - Şamaxıda


“Azərbaycanın ədəbiyyat paytaxtı” Şamaxıda Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə dəyirmi masa keçirilibdir


Oktyabrın 9-da “Azərbaycanın ədəbiyyat paytaxtı” Şamaxıda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Xalq Şairi, dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş dəyirmi masa keçirilibdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər çiçəklər düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova açaraq Prezident cənab İlham Əliyevin "Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 14 yanvar tarixli Sərəncamını ədəbiyyatımıza verilən yüksək qiymət kimi dəyərləndirmiş, Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının şairi olduğunu bildiribdir. 

Gülnisə Ələkbərova həmçinin fəlsəfi-intellektual poeziyanın nümunələrini yaradan qüdrətli şairin 60-cı illərdə sovet rejimini inkar edərək, milli mücadilə yolunda fədakarlıq göstərdiyini qeyd etmiş, görkəmli şair və ədəbiyyatşünas B.Vahabzadənin çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olduğunu vurğulayıbdır.

Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktotu Asif Usubəliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli, həmin institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu, AMEA-nın Folklor İnstitutunun Mərasim şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli və Şamaxı şəhər Avropa liseyinin müəllimi Səadət Rüstəmovanın məruzələri dinlənilibdir. Məruzələrdə görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılmış, onun yaratdığı obrazlardan, şeirlərindən, Azərbaycan dramaturgiyasına gətirdiyi yeniliklərdən bəhs edilmişdir. 

Bildirilibdir ki, Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan Bəxtiyar Vahabzadə əsərlərində insanı daim mənəvi ucalığa səsləmiş, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr veribdir. Qeyd olunubdur ki, şair, filosof, akademik, ictimai xadim olan Bəxtiyar Vahabzadə poeziyasında azadlıq, istiqlaliyyət, vətənpərvərlik ideyaları, vətənə, xalqa, 
torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır, Azərbaycan dilinə, onun saflığının qorunmasına, mədəniyyətinə, dövlətçiliyinə sevgi sənətkarın yaradıcılığının ruhunu təşkil edir. İstedadlı və vətənpərvər şair saf əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıbdır.

Çıxışlarda həmçinin B.Vahabzadənin 70-dən artıq şeir kitabının, iki monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifi olduğu qeyd edibdir.

Sonda Bəxtiyar Vahabzadənin “Ömür qatarı” kitabı və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış kitab və metodik vəsaitlər tədbir iştirakçılarına hədiyyə edilibdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar