Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bank olayı ətrafında yenilik -“Khazar Islands“ Haci İbrahimdən alındı


Bir müddət əvvəl tanınmış iş adamı, “Avesta” konserninin prezidenti, Hacı İbrahim Nehrəmlinin “Beynəlxalq Bank olayı” ilə bağlı ətrafında baş verən qalmaqal hər kəsə məlumdur.


Belə ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara bilməməsi barəsində həbs qətiimkan tədbiri seçilməsinə səbəb olmuşdu.

Ölkə mediasının yaydığı xəbərlərdə iş adamının 2015-ci il 12 may-27 may tarixləri arasında  DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanıldığını bildirilirdi. May ayının 27-də isə Hacı İbrahim Nehrəmlinin azadlığa buraxıldığı məlum oldu.

Biznesmen elə həmin gün mətbuata verdiyi açıqlamada bütün borcunu ödədiyini və ona görə də sərbəst buraxıldığını bildirmişdi.

PİA.AZ modern.az saytına istinadən xəbər verir ki, vəziyyət heç də nehrəmlinin açıqladığı kimi deyil.

Belə ki, o, Beynəlxaq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib.

Borcunu qaytara bilməyən iş adamı ona məxsus “Xəzər Adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib.

Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.  

Qeyd edək ki, “Xəzər Adaları” hal-hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir.  Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.

Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcədə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.

Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar