Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bank sədrinin işdən çıxarılmasının sensasion səbəbi

Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Bankın sədri Elmar Məmmədov vəzifəsindən gözlənilmədən azad olunub. Onun vaxtından əvvəl vəzifədən çıxarılması sensasiya sayıla biləcək hadisədir. Çünki dövlət bankı olan Beynəlxalq Bank ölkənin pul siyasətinin həyata keçirilməsində önəmli rol oynayır


Bu banka rəhbərlik isə strateji vəzifə sayılır və həmin şəxsin dövlət rəhbərliyinin siyasətinə tam sadiq olması, sadə dillə desək, təmiz işləməsi və heç bir çirkin maliyyə oyunlarında iştirak etməməsi vacibdir.

Bu arada bildirək ki, məhz Elmar Məmmədovdan əvvəl də banka rəhbərlik edən Cahangir Hacıyevin işdən çıxarılaraq həbs olunmasının əsas səbəbi kimi onun ölkəni kəskin devalvasiya qarşısında qoyması göstərilir. Belə ki, bu bank vasitəsilə külli miqdarda vəsait, təxminən 5 milyard dollar pul ölkədən xaricə çıxarılmışdı.

Eyni zamanda, milyardlarla vəsait Cahangir Hacıyevin yaxın adamlarına kredit kimi verilmiş və bank müflis həddinə gətirilmişdi.

Məlum olduğu kimi, C. Hacıyevdən sonra banka ciddi nəzarət həyata keçirilməyə başladı. Gözlənilirdi ki, ABB-nin imicinin yenidən qaytarılması və sağlamlaşdırılması prosesi aparılacaq.

Məhz Elmar Məmmədovun da banka gətirilməsi bu prosesin əsas hissəsi hesab olunurdu. Lakin onun 4 illik seçildiyi vəzifədən birdən-birə kənarlaşdırılması ona olan etimadın doğrulmaması ilə yanaşı, çox ciddi məqamları da üzə çıxarır.

Qafqazinfo”ya daxil olan məlumata görə, ölkə gündəmində iki gündən bəri müzakirə olunan “qara bazar” olayı, bankların dollar alışından imtina etməsi məhz bu hadisə ilə birbaşa bağlıdır. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin bu “qara bazar” olayına birbaşa rəhbərlik etməsi ilə bağlı ciddi məlumatlar var. Bu hadisənin üstü açılandan sonra isə ən üst səviyyədə E. Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

Maraqlıdır ki, dollar satışı rəsmi dayandırıldığı halda “qara bazar”a valyutanın neçə çıxdığı ölkədə sual doğuran məsələ idi. Heç kim müəyyənləşdirə bilmirdi ki, dollar satılmadığı halda “qara bazar”a vəsaiti kim çıxardır. Bu prosesdə əsas iştirakçı kimi “Azər Türk Bank” və “Beynəlxalq Bank”ın rol oynadığı heç kimə sirr deyil.

Bildirildiyinə görə, yaranmış mürəkkəb vəziyyəti təhlil etmək və növbəti fürsətcilləri müəyyənləşdirmək üçün yeni yaranan Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi şəkildə işləyirmiş.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar