Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bankdan Cahangir Hacıyevə zərbə


Beynəlxalq Bank Cahangir Hacıyevin şirkətini maliyyələşdirməkdən imtina edib


“7 Hills” (“7 təpə”) yaşayış kompleksində mənzillər daha  Azərbaycan  Beynəlxalq  Bankının  deyil, “Bank Technique”in tərəfdaşlığı ilə ipotekaya verilir.

Bu barədə “7 Hills” (“7 təpə”) layihəsinin rəsmi saytında  məlumat verilib.

Bu məsələdə diqqət çəkən məqam isə  “7 Hills” (“7 təpə”) layihəsində bank tərəfdaşının dəyişməsinin Cahangir Hacıyevin ABB İdarə Heyətinin sədri vəzifəsindən istefası ilə üst-üstə düşməsidir.  ABB-yə yaxın çevrələrdən verilən məlumata görə, “7 Hills” (“7 təpə”) layihəsində  C.Hacıyev əsas payçılardan biridir.  Onun istefasından sonra ABB-nin bu layihəni maliyyələşdirməsi məqsədəuyğun sayılmayıb. Xatırladaq ki,  KİV C.Hacıyevin   “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə bağlı məlumat yayıb.

"Bank Technique” ASC-yə yaxın mənbələrdən isə bildirirlər ki, bu günə qədər o, hələ işə çıxmayıb. Lakin artıq onun qarşılanması üçün hazırlıqlar başlayıb.  Belə ki, İdarə Heyətinin sədrinin iş otağı artıq yeni sahibi üçün hazırlanıb.  Bankda ehtiyat edirlər ki, C.Hacıyevin gəlməsi ilə kadr dəyişiklikləri baş verəcək və departament rəhbərlərinin çoxu dəyişəcək.

Xatırladaq ki, ötən ilin dekabrında rəsmi təqdimat zamanı “7 Hills” (“7 təpə”) layihəsinin rəsmiləri bildirmişdilər ki, yaşayış kompleksinin tam tikilib təhvil verilməsi, başa çatmasının tam maliyyələşdirilməsinə ABB tərəfindən zəmanət verilib. Elə ABB tərəfindən də mənzillərin daha rahat maliyyələşmə şərtləri ilə ipotekaya salınıb. Buradan mənzilləri iki növ ipoteka ilə almaq olacaqdı: standart ipoteka şərti – 10% ilkin ödəniş, illik 10% və 15 il müddətinə.  “7 Hills” müştərilərinə İslam bankçılığının “İcarə” məhsulu vasitəsilə mənzil əldə etmə proqramını təklif edirdi: 10 % ilkin ödəniş, 10 %-lik ticarət əmsalı və 15 illik müddət.

ABB-nin “İslam bankçılığı” departamentinin rəhbəri Behnam Qurbanzadə bildirmişdi ki,  ““İcarə” məhsulu “Ayota” şəriət şirkəti tərəfindən təsdiqlənib. Bu cür maliyyələşmədə ödənişlər fərqli hissələrlə 15 ilə bölünür. Bu zaman ödəniş qrafiki müştərinin istəyinə uyğun qurulur. Əgər müştərinin gəlirləri mövsümdən asılıdırsa, ödəniş cədvəlində bu, nəzərə alınır”.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar