Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bankla əlaqədar yeni komissiya yaradıldı

Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivləri ilə bağlı problemlərin həlli yolunu dəqiqləşdirib


Belə ki, ABB-nin «Azərkredit»ə ötürülən problemli aktivləri müqabilində təqdim edilən əmlaklar (girovlar) müsabiqə yolu ilə satılacaq və kənar idarəçilərə idarəetməyə veriləcək.

Fins.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərarında nəzərdə tutulur.

Qərara əsasən, “Aqrarkredit” QSC tərəfindən Beynəlxalq Bankdan alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilən daşınar və daşınmaz əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilməsi məqsədi ilə Müsabiqə Komissiyası yaradılır.

Müsabiqə Komissiyasına maliyyə nazirinin müavini Azər Bayramov rəhbərlik edəcək. Komissiyanın üzvləri İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini Bayram Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi müdirinin müavini, daxili audit sektorunun müdiri Mehman Səfərov, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi Tehran Mehdiyev və “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini Cahangir Kərimov təyin ediliblər.

Qərarda Müsabiqə Komissiyasının fəaliyyət Qaydası da təsdiqlənib. Qaydaya əsasən Müsabiqə Komissiyasının kargüzarlığının, təsərrüfat işlərinin və fəaliyyəti ilə bağlı digər işləri “Aqrarkredit” QSC həyata keçirəcək. Müsabiqə Komissiyası isə “Aqrarkredit” QSC tərəfindən verilən təklifləri müzakirə edərək qərarlar qəbul edir.

Qaydalara görə, problempli aktivlər müqabilində alınmış əmlvaklar (girovlar) ixtisaslaşdırılmış hərraclarda satıla, digər şəxsçlərə idjarəetməyə verilə bilər. Bu zaman əmlakın idarəçilərə idarəetməyə verilməsinin üsulları fərqli ola bilər - birbaşa müqavilə və ya müsabiqə əsasında.

Bu prosesəç kənar məsləhətçilər də cəlb edilə biləcək. Belə ki, Müsabiqə Komissiyasına əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsini təmin etmək, əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etmək, əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar qəbul etmək tapşırılıb.

Müsabiqə Komissiyası ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı “Aqrarkredit” QSC-nin məlumatlarına da baxmalı və tövsiyələrini verməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar