Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq müşahidəçilər referendumu izləyir


Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsvermənin (referendumun) monitorinqinə başlayıb


Referendumun gedişatı ilə ilk olaraq, müşahidə missiyasının üzvlərindən olan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Ştefan Şennax maraqlanıb. 

O, Bakının 29 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində olub və səsvermənin gedişi ilə tanış olub.

Bundan başqa Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) missiyası da referendumu müşahidə etməyə başlıyıb. Missiyanın rəhbəri Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Bakının 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində olub və səsvermənin gedişi ilə tanış olub.

Eyni zamanda MDB PA-nın beynəlxalq müşahidəçiləri Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar