Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi marşrutların hərəkəti bərpa ediləcək - Siyahı



“1-ci Avropa Oyunlarından sonra bəzi marşrutların hərəkət sxemi əvvəlki kimi bərpa olunacaq. Çünki bu, müvəqqəti addımdır”


Bu haqda modern.az-a Nəqliyyat Nazirliyinin katibliyinin rəisi Namiq Həsənov məlumat verib. O qeyd edib ki, müəyyən avtobusların hərəkət sxemi təkmilləşmə proqramı ilə əlaqədar dəyişdirilib və Avropa Oyunlardan sonra da bərpa olunmayacaq: “Çünki avtobus marşrutlarının əksəriyyəti bir-biri ilə paralellik təşkil edirdi. Təkmilləşmə proqramına əsasən 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 saylı sərnişin avtobus xətlərinin fəaliyyəti dayandırılıb. 11, 82 və 83 saylı marşrutların hərəkət istiqaməti uzadılıb. Bəzi marşrutların hərəkət istiqaməti isə qısaldılıb.

2 saylı avtobus “Xətai” metro stansiyasına qədər, 15 saylı avtobus “Qara Qarayev” metro stansiyasına qədər,

70 saylı avtobus “Neftçilər” metro stansiyasına qədər,

82 saylı avtobus “Ulduz” metro stansiyasına qədər,

120 saylı marşrutun hərəkət istiqaməti isə “20-ci sahə”yə qədər qısaldılıb.

Avtobusun nömrəsi dəyişdirilərək 20 olub. Amma bunlardan hansının bərpa  olunub-olunmayacağını indidən demək çətindir”.

Namiq Həsənov əvvəllər ünvana bir avtobusla gedən sərnişinlərin, müəyyən marşrutlar ləğv olunduqdan sonra  2-3 avtobus dəyişməyə məcbur qalması məsələsinə də münasibət bildirib: “Bundan xəbərimiz var. Sadəcə, sərnişinlərdən anlayış gözləyirik. Çünki bu, 1-ci Avropa Oyunları ərəfəsində tətbiq olunan addımdır, müvəqqətidir”.

Katiblik rəisi yarışlara qədər avtobuslarda kart sisteminə keçirilməyəcəyini də söyləyib:

“Hazırda kart sistemi yenidən hazırlanır, təkmilləşmə işləri aparılır. Vahid kart sistemi oyunlardan sonra mərhələli şəkildə tətbiq edilməyə başlayacaq”.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar