Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi şəxslər avtobuslardan pulsuz istifadə edəcəklər



Avropa Oyunları ilə bağlı rəsmi akkreditasiyadan keçmiş bütün şəxslər Bakıdakı istənilən ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər


Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.

Onun sözlərinə görə, Avropa Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş bütün şəxslər Oyunlar zamanı akkreditasiya kartını göstərməklə gün ərzində marşrut avtobusları, eləcə də “ekpress” avtobusların xidmətindən pulsuz yararlana biləcəklər.

N.Həsənov bildirib ki, Avropa Oyunları yarışlarına biletləri olan tamaşaçılar üçün isə yalnız “ekspress” avtobuslarında gediş pulsuz olacaq. Bunun üçün onlar biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər.

Akkreditasiyası və bileti olanların metrodan pulsuz istifadə etməyinə gəlincə, hazırda bununla bağlı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi ilə danışıqlar aparılır.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, BEGOC-da rəsmi akkreditasiyadan keçmiş və xüsusi vəsiqəsi olan şəxslər elə bu gün də metrodan pulsuz istifadə edə bilərlər: “Bu aksiya Avropa Oyunları tam bitənədək davam edəcək. Bunun üçün onların akkreditasiya kartını göstərmələri yetərlidir. Yarışlara bileti olan tamaşaçılara gəlincə isə, onların hələlik yalnız Oyunların açılış və bağlanış günləri metronun xidmətindən pulsuz istifadə etmələri nəzərdə tutulur. Bunun üçün onlar girişdə biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar