Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi yerlərdə işlər dayandırılacaq - İstiyə görə


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) isti hava şəraiti ilə əlaqədar bütün işəgötürənlərə xəbərdarlıq edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a daxil olan məlumata görə, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir.

Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarıf maaşına hesablanmalıdır.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənləri xəbərdarlıq edərək, onlardan qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edir.

Məlumat üçün bildiririk ki, DƏMX tərəfindən işəgötürənlərdə əmək qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə gücləndiriləcək.

Qanunvericiliyin bu tələbinə əməl olunmamasına görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, Məcəllədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar