Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bezotosnı 6 oyundur ki, qol buraxmır


Topaz Premyer Liqasının VI turunun “Zirə” - “Qəbələ” (0:2) matçı qonaqların mövsümdə ardıcıl 6-cı “quru” oyunu ilə nəticələnib


Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” arxada qalan turlarda qol buraxmayan yeganə komandadı.
 
Əyalət klubunun ukraynalı qapıçısı Dmitri Bezotosnının bu uğurlu seriyası isə ötən mövsümün sonunda start götürüb. XXXIV turun mayın 11-də keçirilən “Qarabağ”la görüşündə 2 top buraxan qolkiper AZAL (2:0) və “Kəpəz”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb.
 
Cari mövsümdə isə “Kəpəz” (2:0), “İnter” (0:0), “Neftçi” (8:0), AZAL (3:0) və “Sumqayıt”la (2:0) qarşılaşmalarında da qol buraxmayan Dmitri ardıcıl 8-ci dəfə qapısını toxunulmaz saxlayıb. Ukraynalının qoruduğu qapıda gördüyü sonuncu qolu vuran Dani Kintananın 32-ci dəqiqədə fərqləndiyini nəzərə alsaq, qapıçı artıq 778 dəqiqədi qol buraxmır.
 
Dünyanın ən uzun “quru” seriyalarının siyahısına daxil olmaq üçün lazım olan 660 dəqiqəni ötən oyunda arxada qoyan qolkiper Zirədə şəxsi rekordunu yeniləyib.
 
Belə ki, qolkiper ötən ilin payızında imza atdığı 727 dəqiqəlik seriyanı da kölgədə qoyub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar