Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda 2015-ci ilin birinci rübünün hesabat yığıncağı keçirildi -Fotolar


Biləsuvar rayonunda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi


21 aprel 2015-ci il tarixdə  Biləsuvar rayonunda 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı  Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və  bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.

İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin  başçısı cənab Mahir Quliyev  Biləsuvar rayonunda 2015-ci ilin  birinci rübündə  sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə edərək bildirdi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2015-ci ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.

Hesabat dövründə rayonumuzda  ümumi məhsul buraxılışının həcmi 36.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz çoxdur. Birinci rübdə ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 8.6 milyon, ticarətdə  17.3 milyon,  tikinti sahəsində 6 milyon, sənayedə 4 milyon, nəqliyyatda 0.7 milyon manat təşkil etmişdir.Bu dövrdə əsas  kapitala yönələn  investisiyalar 6.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 45.4 milyon manat təşkil etmişdir.Rüb ərzində rayonun yerli gəlirlər 3.6 milyon  manata qarşı 3.8 milyon manat  və ya 105 faiz yerinə yetirilmişdir.

Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 376 manat, orta aylıq əməkhaqqı isə 278 manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  birinci rübdə rayonda fəaliyyət göstərən  34 sahibkara 368 min  manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 331 yeni iş yeri açılmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsində  birinci rübdə   rayonda 32  fərdi ev tikilmişdir.

Hesabat dövründə   ailə üzvlərinin sayı 6280  nəfər olmaqla 1245 ailə ünvanlı dövlət sosial yardımı almışdır.
2015-ci ilin birinci rübündə rayonda   tikinti,  abadlıq və quruculuq  sahəsində  xeyli  işlər  görülmüş, təmir-tikinti və abadlıq işləri aparılmışdır.
Ötən il rayonda ümumi şagird tutumu 1310 nəfər olan 3 məktəb üçün yeni binalar inşa olunmuş, 1176 şagird yerlik 1 məktəb isə əsaslı təmir olunmuşdur.

Biləsuvar  şəhərində müasir tələblərə cavab verən hər biri 100 və 200 yerlik  uşaq bağçalarının tikintiləri başa çatdırılmışdır.
Hazırda uzunluğu 16,0 km olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6,0 km olan Əsgərabad-Muğan avtomobil yollarının, Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar rayon şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar  rayon şöbəsinin, rayon Toxumçuluq idarəsinin inzibati binasının, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri işləri davam etdirilir.

Ötən dövr  ərzində rayonda  əhalinin təbii qazla təmin edilməsi istiqamətində  əsaslı  işlər görülmüş, Biləsuvar şəhər və 18 kənd yaşayış məntəqəsi tam qazlaşdırılmış, sayğaclaşma işləri başa çatdırılmışdır. Hazırda Ağayrı, Günəşli Nərimankənd, Səmədabad, Muğankənd və Yuxarı Ağalı kəndlərinin qazlaşdırılması işləri aparılır.Birinci rüb ərzində bu kəndlərdə ümumi uzunluğu 86.7 kilometr olan küçə qaz xətləri çəkilmişdir.Bu ilin sonunadək rayonun bütün yaşayış məntəqələrində qazlaşdırma işləri başa çatdırılacaq və əhali  təbii qazla təmin olunacaqdır.

Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılmışdır. Hazırda kanalizasiya    sisteminin   tikintisi  işləri aparılır. Cari ilin birinci rübü ərzində “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Birinci Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində  rayonumuzda da ağacəkmə aksiyaları keçirilmişdir.Yüksək səviyyətə təşkil olunan ağacəkmə kompaniyalarında Biləsuvar  rayon  İcra  Hakimiyyəti başda olmaqla, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri,  rayon sakinləri iştirak etmişdir.Bu günədək 3500 ədəd çinar və digər ağaclar əkilmiş, əraziyə gübrələr verilərək,  suvarma işləri aparılmışdır.Bundan əlavə aksiyada rayonun  kəndləri də yaxından iştirak edərək çoxlu sayda ağaclar əkmişlər.
Bildiyiniz  kimi birinci  Avropa oyunları bu ilin iyun ayında Bakı şəhərində keçirilən ölkə miqyaslı  əhəmiyyətli hadisələrdən biri  olacaqdır. Bu  böyük tarixi hadisədir.  Bu ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və hörmətli Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil Azərbaycanın inkişaf strategiyasının bəhrəsidir.

Şübhəsiz birinci Avropa oyunlarının respublikamızın paytaxtında keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu mənada Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin 03 may 2015-ci il tarixdə Biləsuvar rayonunda  “Məşəl yürüşü” ilə bağlı keçirəcəyi tədbirin yüksək səviyyədə təşkil olunmasından ötrü görülən işlər daim diqqətdə saxlanılır. Hazırlıq məqsədilə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 8 aprel 2015-ci il tarixli sərəncam imzalanmış və geniş tərkibdə işçi qrupu yaradılmışdır.Sərəncama əsasən idmançıların hərəkət marşrutları dəqiqləşdirilmiş, görüləçək işlər müəyyənləşdirilmişdir.Şəhərin və ətraf ərazilərin təmiz, səliqəli saxlanmasından ötrü vaxtaşırı iməciliklər keçirilir,abadlıq və yenidənqurma işləri aparılır.

Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, fermer təsərrüfatlarına ayrılan maliyyə yardımları ərzaq təhlükəsizliyinin təminatında əsaslı rol oynayır.Bu sahədə qəbul olunmuş Dövlət Proqramlarından irəli gələn  tədbirlərin  yerinə yetirilməsi  nəticəsində  aqrar  bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq yüksəlmiş və kənd təsərrüfatında çalışan  insanların həyat səviyyəsi xeyli yaxşılaşmışdır.

Rayonumuz aqrar rayon olmaqla iqtisadiyyatının əsasını kənd  təsərrüfatı məhsulları istehsalından  gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. 2015-ci ilin məhsulu üçün 2014-cü ilin payızında 21.7 min hektar sahədə dənli bitkilər əkilmişdir ki, bundan 8.4 min hektarını buğda, 13.3 min hektarını isə arpa bitkisi təşkil etmişdir.Yazlıq əkinlər üçün 1622  hektar əkin aparılmışdır.
Torpaq mülkiyyətçilərinin əkin sahələrinin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə rüb ərzində 38.5 km suvarma kanalları, 12.4 km  isə kollektor-drenaj şəbəkəsi lildən təmizlənmişdir.Bu dövrdə  5173 hektardan çox əkilən sahə suvarılmışdır.
2015-ci ilin birinci rübündə rayonda heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur.

Bakı şəhər   əhalisini  ucuz  və keyfiyyətli kənd  təsərrüfatı  məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan  yarmarkalarda  Biləsuvar  rayonunun  fermerləri  də yaxından iştirak etmişlər. Hesabat dövrü ərzində  yarmarkalara  130  tondan  çox   müxtəlif  növ kənd  təsərrüfatı  məhsulları göndərilmişdir.

Ölkə Prezidentinin 2015-c ili  “Kənd  təsərrüfatı ili” elan etməsi ilə bu sahədə qarşıya qoyduğu təxirəsalınmaz tapşırıq və göstərişlərin yerinə yetirilməsi məqsədilə rayonda  kənd təsərüfatının bütün sahələrini əhatə edən kompleks tədbirlə planı hazırlanmış və bu istiqamətdə müvafiq tədbirlərin görülməsinə artıq  başlanmışdır.

2015-cü ilin arxada qalmış birinci rübündə rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahəsində də xeyli iş görülmüş, gənclərlə işin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.

Ölkə Prezidenti  cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın  Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verməkdədir. Son illər rayonumuzda  13 yeni məktəb tikilmiş  6 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir.

Ötən dərs ilində rayonumuzun ümumtəhsil məktəblərini  928 şagird bitirmiş,  onlardan 178 nəfəri  ali məktəblərə, 89 nəfəri isə respublikamızın orta ixtisas məktəblərinə qəbul olmuşlar. Məzunlardan 6 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən çox bal toplamışdır.
03 noyabr 2014-cü il tarixdən başlayaraq  Biləsuvar rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan tarixinin XI sinif şagirdlərinə yenidən tədrisinə başlanılmışdır.

Rüb ərzində  Mərkəzdə 19 ümumtəhsil məktəbindən 689 şagird dərslərdə iştirak etmişdir.
Dövlət siyasətinin əsas  istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara  yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan keçməmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq  rayonumuzda da 2015-cü ilin fevral ayından etibarən əhalinin yenidən tibbi müayinədən keçirilməsi aksiyasına başlanılmışdır.Hazırda əhalinin müəyyən olunmuş müddətədək  tibbi müayinədən keçirilməsi davam etdirilir.

Gənclərə  qayğı və diqqət ölkə Prezidenti cənab İlham  Əliyevin ən çox diqqət yetirdiyi əsas məsələlərdəndir.  Rayonumuzda da əhalinin təxminən üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunmuşdur.

Gənclərimiz ölkə Prezidenti ətrafında daim sıx birlik nümayiş etdirirlər. 2015-ci ilin birinci rübündə də Biləsuvarlı gənclər  rayonumuzda bir sıra respublika və rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etdilər ki, bu gün savadlı, intellektual səviyyəli, vətənpərvər gənclər yetişir.Bir çox gənclərimiz ayrı-ayrı sahələrə bacarıqla rəhbərlik edirlər. 

Hesabat dövründə rayonumuzun gənc idmançıları müxtəlif respublika və zona  turnirlərində uğurlu çıxışlar etmişlər.Müasir Olimpiya  İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılarımız öz nailiyyətlərini ilbəil möhkəmləndirirlər. Hazırda rayonumuzda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev rayonda görülən işlərlə bağlı öz fikirlərini bildirdi, ayrı-ayrı sahələr üzrə yaranan  problemlərin həlli barədə aidiyyəti şəxslərə öz tövsiyyələrini verdi.

M.Quliyev bütün Biləsuvarlılar adından  Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevi  əmin etdi ki,    Biləsuvarlılar həmişə olduğu kimi ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.

Hesabat iclasında Biləsuvar rayon Cənub-Muğan Kanal İstismar İdarəsinin  rəisi Kamil Mirzəyev, Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayev,  Ağayrı kənd İcra nümayəndəsi Azər Qədimov və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə  məlumat verdilər və qarşıda duran vəzifələr  müzakirə olundu.















pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar