Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda kənd təsərrüfatında görülən işlərlə bağlı tədbir keçirilib

Fevralın 9-da Biləsuvar rayon İcra Hakimiyyətində rayonda kənd təsərrüfatında görülən işlər və pambıqçılığın inkişafı ilə bağlı tədbir keçirildi


Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri icra nümayəndələri, bələdiyyələr, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və mülkiyyətçilər iştirak etdi.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən son  tədbirlər rayonumuzda da öz töhfələrini verməkdədir.

Qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün müəyyən işlər görülmüş və hazırda da bu sahədə olan problemlər ümumiləşdirilərək icrasına başlanılmışdır.Rayonumuzda kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi nəticəsində yüzlərlə əlavə iş yerləri yaranacaqdır.M.Quliyev bildirdi ki,  fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır.Bu güzəştlərin tətbiqi rayonumuzda kənd təsərrüfatının daha da inkişaf etirilməsinə şərait yaradacaq və mülkiyyətçilərimizin daha çox məhsul istehsalını stimullaşdıracaqdır.

Sonra rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rafail Quliyev, Suvarma Sistemlər idarəsinin rəisi Ədalət Babayev, “Cənub Muğan” Kanal İstismar İdarəsinin rəisi Kamil Mirzəyev çıxış edərək hazırda rayonda kənd təsərrüfatının vəziyyəti, əkin sahələrinin suvarılması, ziyanvericilərə qarşı görülən tədbirlər və digər sahələrdə görülmüş işlər barədə ətraflı məlumat verdilər. 

Bildirildi ki, Biləsuvar rayonunda aqrar sahənin inkişafında əsas rol oynayan işlərdən biri də torpaqların şoranlaşmasının qarşısının alınması üçün kompleks tədbirlərin görülməsi, şor kollektorlarının lildən təmizlənməsi üçün əlavə texnikaların cəlb edilməsi və mülkiyyətçilərin əkin sahələrinin vaxtında suvarma suyu ilə təmin edilməsidir.Rayonda şor kollektorlarının qazılması məqsədilə konkret tədbirlər planı tutulmuş və plana uyğun olaraq işlər aparılır.

Tədbirdə bir çox mülkiyyətçilərin fikirləri öyrənildi, problem və təklifləri dinlənildi.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar