Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda maarifləndirici tədbir keçirilib

Biləsuvarda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı maarifləndirici tədbir keçirilib


Oktyabrın 19-da Biləsuvar rayon İcra Hakimiyyətində Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı maarifləndirici tədbir keçirildi.

Biləsuvar rayon İcra Hakimiyyətinin və Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinq şöbəsinin müdiri Əliqulu Cabbarov, idarə, müəssisə,  təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, məktəb direktorları və KİV nümayəndələrinin iştirak etdi.

Tədbir iştirakçılarını salamlayan  Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev bildirdi ki, maarifləndirici tədbirin keçirilməsində məqsəd Torpaqların Elektron Uçotu Sisteminin qurulması və elektron kadastr xəritələrinin hazırlanması ilə bağlı görülən işlərin tərkib hissəsi olaraq rayonumuzda da  bu sahədə görüləcək işlərə uyğun olaraq aidiyyəti şəxslərlə maarifləndirmə işləri aparmaq və ictimaiyyəti məlumatlandırmaqdır.Bildirildi ki, rayonda bu sistemin işlənilməsi əsasən 2018-ci ildənd başlanılacaqdır.Bu müddət ərzində lazımi texniki işlər başa çatdırılmalı və digər aidiyyəti işlər görülməlidir. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəticəsində rayonun torpaq balansının dəqiq nəticələri müəyyənləşəcək və torpaqlardan istifadədə olan mövcud uyğunsuzluqlar aradan qaldırılacaqdır.

Tədbirdə çıxış edən  Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinq şöbəsinin müdiri Əliqulu Cabbarov  diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 07 mart 2016-cı il tarixli “Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemi qurulur. Habelə ölkənin torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilir.Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd, torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını,  torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.

Tədbirdə bildirildi ki, 2020-ci ildə yekunlaşacaq torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasını təmin edəcək. Torpaq ehtiyatları daha mükəmməl qaydada idarə ediləcək, əmlak münasibətlərinin tənzimlənməsinin müasir mexanizmi yaranacaq. Torpaqların sənəd və faktiki göstəricilərindəki uyğunsuzluqlar aradan qaldırılıb dəqiq şəkildə Sistemdə əks olunacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Torpaq münbitliyinin artırılması, qorunması ilə əlaqədar tədbirlər üçün vahid elektron məlumat bazası olacaqdır. Bu sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcəkdir.

İşgüzar şəraitdə keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı və elektron xəritələrin hazırlanması ilə bağlı təşkilati məsələlər müəyyənləşdirildi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar