Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bilgəhin bələdiyyə sədri Fazil Rüstəmov postunu təhvil verməyə hazırlaşır


Hacı Qalib Bilgəhi tərk edir; deputatın son hərəkəti onun Bilgəhdə olan «varlığına» son qoyulması üçün səbr kasalarını daşırıb…


Son 5 ildə Bələdiyyə sədri ilə deputat 20 hektara yaxın torpaq sahələrini özəlləşdirərək bir hissəsini müxtəlif şəxslərə baha qiymətə satıblar, amma həmin torpaqların bir hissəsi depuatın və Bələdiyyə sədrinin yaxın qohumlarının, hətta rəhmətə getmiş yaxınlarının adına belə saxta sənədlə sənədləşdiriblər.

Bir neçə gün əvvəl deputat Hacı Qalib Salahov mətbu orqanlardan Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevə saçıq şəkildə müharibə elan etdi və bu səbəblə də Bilgəh qəsəbəsində baş verənlər ölkə güngəminə gəldi. Doğrudur bir neçə gündən sonra icra başçısınına açıq savaş elan edən deputat geri çəkilərək icra başçısı ilə aralarında heç bir problemin qalmadağını bildirdi. Bəs hazırda Bilgəh qəsəbəsində vəziyyət nesədir? Yəni doğurdanmı deputatın dediyi kimi Adil Vəliyevlə bağlı bütün problemlər öz əhllini tapıb.

 Bununla bağlı PİA.AZ-ın əldə etdiyi məlumatda bildirilir ki, Bilgəhdə vəziyyət heç də deputatın təsvir etdiyi akimi deyil. Əslində Hacı Qalib tam olaraq Bilgəhi «təhvil verməyə» başlayıb. Belə ki, deputatın icra başçısına açıq şəkildə meydan oxuması hakimiyyətin yüksək dairələrində Hacı Qalibə qarşı «qıcıq» yaradıb. Deputatın bu hərəkəti onun Bilgəhdə olan «varlığına» son qoyulması üçün səbr kasalarını daşırıb. Xatırladaq ki, Hacı Qalib Salahov deputat seçilməsmişdən əvvəl Bilgəh qəsəbəsinin bələdiyyə sədri olub. Deputat olduqdan sonra isə bu postu yaxın dostu Fazil Rüstəmova təhvil verib və Bakının ən turistik qəsəbələrindən birini öz kurasiyasında saxlaya bilib. Hazırda isə Sabunçu icra hakimiyyətinin başçısı Adil Vəliyev qəsəbəni onun əlindən almaq üçün var gücü ilə mübarizə aprarır və deyəsən icra başçısı nəhayətdə istədiyi nəticəyə nail olub.

Belə ki, Bilgəhdən PİA.AZ daxil olan məlumata görə qəsəbənin bələdiyyə sədri Fazil Rüstəmov bir neçə aydan sonra keçiriləcək bələdiyyə seçkilərindən sonra postu ilə vidalaşacağından artıq tam əmindir. Adil Vəliyevin onu bu postda saxlaması doğurdan imkansız görünür. Çünki Hacı Qaliblə Adil Vəliyevin apardığı savaşın əsas tərəflərindən biri də Fazil Rüstəmov olub. Və bələdiyyə sədri icra başçısna qarşı qəsəbədə antitəbliğat aparmaq üçün bütün imkanlarından yararlanıb. Elə ona görə də artıq gələcək taleyindən əmin olan bələdiyyə sədri əlində olan bir çox torpaqları təcili şəkildə satışa çıxardıb.

Mənbə bildirir ki, Bilgəhin keçmiş bələdiyyə sədri olan deputat Hacı Qalib Salahzadə bu gündə qəsəbəyə və bələdiyəyə qeyri rəsmi nəzarət etməkdə davam edir.  Amma bu nəzarəti müvəqqəti hesab etmək olar. Çünki qəsəbə nümayəndəliyini itirən Hacı Qalibin bir neçə aydan sonra bələdiyyəni də itirməsi qaçınılmaz görünür. Məlumatda o da qeyd olunur ki, Hacı Qaliblə Adil Vəliyevin aralarının tam olaraq açılmasının əsas səbəblərindən biri də, 3 ay bundan öncə  Sabunçu icra başçısı Adil Vəliyevin Bilgəh bələdiyyə sədri ilə bağlı çox saylı şikayətləri nəzrər alaraq Fazil Rüstəmovun fəaliyyətini təftiş etdirmək üçün Ədliyyə Nazirliynə müraciət etməsi olub. Bu isə onsuz da gərgin olan münasibətlərin çizgidən çıxmasına səbəb olub. Ancaq deputat Hacı Qalib Salahzadənin təzyiqi nəticəsində Ədliyyə Nazirliyi müfəttişlərinin Fazil Rüstəmovu təftiş etmək istəkləri yarımçıq qalıb. 

Məlumatlı şəxs qeyd edir ki, Bilgəh bələdiyyə sədri Fazil Rüstəmov deputat Hacı Qalib Salahzadə ilə birləşərək qəsəbədə boş torpaqları müxtəlif şəxslərin adına yazdıraraq ələ keçiriblər. Son 5 ildə Bələdiyyə sədri ilə deputat 20 hektara yaxın torpaq sahələrini özəlləşdirərək bir hissəsini müxtəlif şəxslərə baha qiymətə satıblar, amma həmin torpaqların bir hissəsi depuatın və bələdiyyə sədrinin yaxın qohumlarının, hətta rəhmətə getmiş yaxınlarının adına belə saxta sənədlə sənədləşdiriblər. 

Xatırladaq ki, hazırda Bilgəh qəsəbəsin dənizkənarı ərazilərdə 1 sot torpağın qiyməti 20 min manatdan başlayır. Qəsbənin dənizdən uzaq yerlərində isə qiymət 8-10 min manat arasındadır.

Bilgəh qəsəbəsində isə Hacı Qalib Salahzadəyə və bələdiyyə sədri Fazil Rüstəmova  məxsus bir neçə dəbdəbəli villa var. Bundan başqa qəsəbənin dənzikənarı ərazilərind fəaliyyət göstərən çoxlu sayda çimərliklər və obyektlərdə deputata məxsdudur. 

Sakinlər qeyd edirlər ki, Hacı Saleh Salahzadə bələdiyyə sədri işlədiyi dövrlərdə bir çox əraziləri qanunsuz olaraq zəbt edib. Şeyxin qudası  depuatat olduqdan sonra da qəsəbədə torpaq zəbt etmək  “sevdasından” əl çəkməyib. 

Qeyd edək ki, Bilgəh qəsəbəsində deputat Hacı Qalib Salahzadənin və Bələdiyyə sədri Fazil Rüstəmovun  qanunsuz olaraq zəbt etdikləri torpaqlar barədə ilginc məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar