Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bill Geytsdən yay mütaliəsi üçün məsləhət


Məşhur amerikalı milyarder, “Microsoft”un yaradıcısı Bill Geyts yay mütraliəsi üçün məsləhətlə çıxış edib


İKT.lent.az-ın xəbərinə görə, bu barədə onun “YouTube”da yerləşdirdiyi videoda söhbət açılıb.

B. Geyts oxumağı məsləhət gördüyü 5 kitabın adını çəkib: “Orada qaldırılan mövzuların ciddiliyinə baxmayaraq, bütün bu kitablar birnəfəsə oxunur və əksəriyyəti qısadır”.

B. Geytsin TOP-5 siyahısına daxil olan kitablardan biri 2017-ci ildə jurnalist Uolter Ayzekson tərəfindən yazılan Leonardo da Vinçinin bioqrafiyasıdır. İş adamı müəllifin əfsanəvi rəssam və ixtiraçının həyatına müxtəlif tərəflərdən yanaşdığını deyib.

Digər kitab Keyt Boulerin “Hər şeyin səbəbi var və mənim xoşlandığım digər yalan” adlı bioqrafik povestidir. Kitabda Bouler özünün onkoloji xəstəliyin son mərhələsindəki təcrübəsini və həyat eşqini təsvir edir.

Növbəti kitab Corc Sondersin “Linkoln bardoda” (Lincoln in the Bardo) kitabıdır. (Bardo ölümün başlanğıcı ilə ruhun bədəndən ayrılması arasındakı vəziyyətə deyilir.) Bu əsərdə bir gecədə - 1862-ci il fevralın 20-də Avraam Linkolnun oğlu Uilyamın ölümü zamanı baş verənlər əksini tapıb.  

Dördüncü kitab Devid Kristianın “Hər şeyin böyük tarixi” əsəri, nəhayət, sonuncu kitab Hans Roslinqin “Faktologiya” kitabıdır.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar