Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəli Yıldırım Türkiyəni haralara daşıyacaq?


Qabil Hüseynli: “Ərdoğan son zamanlar Davudoğlu ilə münasibətləri hökümətin işinə müdaxilə edə bilmədiyinə görə korlamışdı”


Aqil Ələsgər: “Binəli Yıldırımın baş nazirliyi Türkiyənin Orta Şərqdəki siyasətini mülayimləşdirəcək”

Adıgözəl Məmmədov: “Binəli Yıldırımın  baş nazir seçilməsi Türkiyənin daxili və xarici siyasətində müəyyən daşlarının yerini dəyişdirəcəyi birmənalıdır”.

Xatırladaq ki, Əhməd Davudoğlunun gedişindən sonra Türkiyənin yeni baş nazirinin kimliyi bəlli olub.  Mayın 19-a  AKP mərkəzi icra orqanının iclasında qərara alınıb ki, partiyanın mayın 22-də keçiriləcək fövqəladə qurultayında sədrliyə namizəd hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım olsun. Bəs görəsən AKP-nin yeni sədri Binəli Yıldırımın baş nazirliyi Türkiyənin xarici siyasətinə necə təsir edə bilər? Xüsusilə RusiyaAvropa Birliyi ilə yeni istiqamət formalaşa bilərmi? Və Rusiya ilə dağınıq münasibətlərdə uzlaşmaya yol açıla bilər?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Qabil Hüseynli və Adıgözəl Məmmədova, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərə müraciət edib. 

Image result for qabil hüseynli

Qabil Hüseynli: “Binəli Yıldırımın Türkiyənin baş naziri olmasından  dolayı ciddi dəyişikliyin olacağını gözləmirəm”.


AKP sədri Binəli Yıldırımın Türkiyənin baş naziri olması heç nəyi dəyişdirməyəciyini vutğulayan politoloq Qabil Hüseynliyə görə,  əvvəlki gedişat öz axarı ilə davam edəcək:

“Hesab edirəm ki, hər şey Ərdoğanın iradəsindən asılı olacaq. İndiki şəraitdə baş nazirin rolu konsitutuisyada təsdiq olunmasa da, tamamilə  prezidentin nəzarəti altına keçib. Baş nazir bir növ icrayla bağlı həlledici səlahiyyətlərdən mərhum olur. Düzdür, bu gələcək konsitutisiyada özünü tapmalıdır. Ancaq indidən Binəli Yıldırım Ərdoğana çox yaxın adamdır. Ərdoğan son zamanlar Davudoğlu ilə münasibətləri hökümətin işinə müdaxilə edə bilmədiyinə  görə korlamışdı. Amma indi Ərdoğan müdaxilə edə biləcək və hökümətinin xarici siyasət xəttinin müəyyən edilməsində həlledici söz  sahibi olacaq. Rusiya ilə münaibətlərə gəlincə, bu məsələdə Davudoğlunu günahlandırırlar. Guya Rusiya təyyarəsinin vurulmasında da Davudoğlunun göstərişi olub. Lakin  ali baş komandan Ərdoğandır və onun göstərişi ilə həyata keçirilib. Ümumiyyətlə, Binəli Yıldırımın Türkiyənin baş naziri olmasından  dolayı ciddi dəyişikliyin olacağını gözləmirəm. Hər şey köhnə qayda ilə cərəyan edəcək”.



Aqil Ələsgər: “Bundan sonra Türkiyənin xarici siyasətində Ərdoğanın fikirləri və mövqeyi önəmli olacaq”.


Binəli Yıldırımın baş nazirliyinin Türkiyənin xarici siyasətindəböyük dəyişikliyə səbəb olacağını qeyd edən Aqil Ələsgərin fikrincə, Türkiyənin Orta Şərqdəki siyasətinin nisbətən yoluna düşəcəyi də gözləniləndir:

“Binəli Yıldırımın  baş nazirliyi Türkiyənin Orta Şərqdəki siyasətini mülayimləşdirəcək. Belə deyim,  şahin deyil, göyərçin siyasətini həyata keçirəcək. Xüsusən Türkiyənin Suriya məsələsindəki israrın arxasında Davudoğlunun tezisləri və  planları dayanırdı.  Bu səbəbdən Türkiyənin həm Rusiya, həm də Suriya ilə bağlı siyasətində müəyyən dəyişikliklər olacaq. Binəli Yıldırımın baş nazirliyi ilə Türkiyənin xarici siyasətində köklü  olmasa da, ciddi dəyişikliklər olacaq. Əvvəllər Türkiyənin siyasəti baxışında Ərdoğan və Davudoğlu baxışı mövcud idi. Onlar bir-birindən tamamilə fərqlənən cəhətlərə malik idilər. Ancaq bundan sonra Türkiyənin xarici siyasətində Ərdoğanın fikirləri və mövqeyi önəmli olacaq”.

Image result for adıgözəl məmmədov pia.az
Adıgözəl Məmmədov: “Türkiyə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa hazırdır”


Binəli Yıldırımın baş nazirliyinin Türkiyənin tək xarici deyil, həm də daxili siyasətində müəyyən təsirə malik olacağını vurğulayan politoloq Adıgözəl Məmmədov hesab edir ki, Davudoğlu dövlət maraqları naminə gedən qurbanlardan biri idi:

“Binəli Yıldırımın  baş nazir seçilməsi Türkiyənin daxili və xarici siyasətində müəyyən daşlarının yerini dəyişdirəcəyi birmənalıdır. Uzun müddətdir ki, Ərdoğan hal-hazırkı simvolik prezident hakimiyyətində konstitusional olaraq prezident hakimiyyətini qurmaq istəyir.  Və bu istiqamətdə faktiki olaraq, maneə ola biləcək hansısa iradə yoxdur. Binəli Yıldırım da Ərdoğanın yaxın dostudur. Ona görə də Ərdoğan-Binəli Yıldırım birliyi bu istiqamətdə addımlayacaq. Hətta dünən Binəli Yıldırım da ilk çıxışında islahatlara işarə vurdu və prezidentin hakimiyyətə keçəcəyini vurğuladı.  Aydındır ki, Türkiyə daxilində də daxili siyasət  daşları yerini dəyişəcək. Xarici siyasətə gəlincə, bu hal yenə də keçərlidir. Faktiki olaraq,  dövlət maraqları baxımından kimisə qurban vermək lazım idi. Hesab edirəm ki, Davudoğlu bu qurbanlardan biri oldu. 

Rusiya-Türkiyə münasibətlərinə təsirinə gəlincə, “mən səni sevəcəm, sən sevməsən də” məsəli var. Yəni, Türkiyə Davudoğlu zamanında münasibətləri düzəltmək baxımında Rusiyaya çox mesajlar göndərdi, müraciətləri oldu. Rusiya və Türkiyə bir-birinə bağlı iqtisadi dövlətlərdir. Çünki turizmlə bağlı bütün məsələlərdə Türkiyənin Rusiyadan gələn turistləri çoxdur. Ancaq indi bütün böyük otellər bağlanıb. Ona görə ki, gələn yoxdur. Məsələ burasındadır ki, Türkiyə Rusiya ilə münasibətləri yaxşılaşdırmağa hazırdır və bu istiqamətdə müəyyən addımlar atır. Maraqlıdır ki, Rusiya buna qarşılıq verəcəkmi?. Çünki bəziləri hesab edir ki, Rusiya Putin deməkdir. Ancaq bu heç də belə deyil. Siyasi təfəkkürlülər bilir ki, Rusiya CAR deməkdir. Rusiya elitası çoxbucaqlı elitadır.Ölkənin ideoloji baxımdan daxili və xarici siyasətinin,  ictimai fikirin və dövlət xəttinin formalaşmasında  xidmət edən müəyyən mərkəzlər var”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar