Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədi rayonundakı binada yanğını kim törədib?


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İclasda təqsirləndirilən “Global Constraction” MMC-nin həmtəsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib.

“Cəmiyyət istintaqdan ədalətli araşdırma gözləyirdi”

Vəkil çıxışına başlamazdan öncə Azadlıq prospektindəki binada baş vermiş yanğın zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağılığı verib: “Bu işdə ədalətli yanaşmanı bizdən bədbəxt hadisədə həlak olmuş günahsız insanların ruhları tələb edir. Allah onlara rəhmət eləsin! Bu məhkəmə iclasında araşdırılan hadisəyə mütləq obyektiv qiymət verilməli və ədalətli qərar qəbul edilməlidir. Üzərimizə düşən vəzifə budur. Niyə həmin binada yanğın baş verdi? Niyə 15 nəfər öldü? Bizi də, zərərçəkmişləri də, hər kəsi düşündürən sual budur. Bu cinayət işi üzrə sadəcə hökm çıxarıb sonra onu arxivə atmayacaqlar. İstintaq özünü doğrultmadı. Cəmiyyət istintaqdan ədalətli araşdırma gözləyirdi. Tarix hər şeyi öz yerinə qoyur. Bu məsələnin ən ədalətli qərarını cəmiyyət və tarix verəcək”.

“İstintaq yanğın hadisəsini araşdırdı və…”

Vəkil istintaqın gedişatnın onları qane etmədiyini bildirib: “İstintaq yanğın hadisəsini araşdırdı və belə nəticəyə gəldi ki, hadisə istintaqa bəlli olmayan şəxsin atdiğı təsadüfi siqaret kötüyündən başlaya bilərdi. Lakin baş vermiş hadisədə qəsdin olmamasına dair istintaqın nəticəsi sübut olunmadı, ekspertizanın ehtimali rəyinə söykənərək şübhəli qaldı. İstintaq yenə də yanğını törədəni tapmağın çətin olması nəticəsinə gəldi və heç axtarmadı da. Bununla da, bu mövqedən çıxış etdi ki, baş vermiş yanğın hadisəsi cinayət hadisəsi deyil, yanğının baş verməsində cinayət tərkibi yoxdur, ona görə də, yanğını törədəni, yəni hadisənin əsas təqsirkarını axtarmadı. Yəni ittiham tərəf iddia edir ki, binaya bitişik tikilinin üzərinə təsadüfi atılan siqaret kötüyü həmin zibili tüstüləndirdi, bu tüstülənmə də binanın poliuretan üzlüyünə keçdi və bina yandı, nəticədə, insanlar həlak oldu”.

“MTN əməkdaşları niyə hadisə yerinə yox, Miryusif müəllimin ofisinə gəlmişdi?”

Vəkil yanğın hadisəsindən dərhal sonra Miiryusif Mahmudovun MTN-ə aparılmasından danışıb: “Zərərçəkmişlərin dediyi kimi, yanğın 10:30-da başlayıb. On dəqiqə ərzində alov bütün binanı bürüyüb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Ardınca isə 31 nəfərdən ibarət MTN əməkdaşı “Global Consruction” MMC-nin ofisini mühasirəyə alıb. MTN yarım saat ərzində haradan müəyyən etdi ki, yanğın poliuretanla bağlıdır? Axı hələ yanğının səbəbləri məlum deyildi. Ofisdəki müşahidə kameralarının yaddaşlarını, sənədləri götürmüşdülər. MTN niyə hadisə yerinə getmirdi? Niyə Miryusif müəllimi aparırdılar, nəyə görə? Məgər bütün bunlar heç nə demirmi? Miryusif müəllim beləmi təhlükəli şəxs idi? Xeyr. Əksinə, Miryusif müəllim cəmiyyətin tanıdığı, öz əməyi ilə sahibkarlıq pilləsinə yüksəlmiş biridir”.

“Yanğın qəsdən törədilmişdi”

Hadisədən bir neçə ay öncə Milli Təhükəsizlik Nazirliyinin əməkdaşlarının Miryusif Mahmudovdan 300 min manat rüşvət tələb etməsi, əks halda material barədə mənfi rəy yaradacaqları ilə hədələdiklərini məhkəmənin diqqətinə çatdırıb: “16 may 2015-ci ildə “Qlobal Consrtaction” şirkəti tərəfindən təmir işləri həyata keçirilən Veteranlar Təşkilatının yeni inzibati binasına bitişik binada yanğın törətmək cəhdi, Azadlıq prospektindəki yanğından 5 gün sonra 24 may 2015-ci il Gəncədə Dədə Qorqud, 2 ünvanında yerləşən binada əllərində kerosin kanistri olan 2 nəfərin yaxalanması, yanğın başlayandan dərhal sonra keçmiş MTN əməkdaşlarının ofisi basıb M.Mahmudovu özləri ilə aparması bu həbsin sifarişli olmasını açıq-aşkar göstərir. Məhkəmə istintaqında ortalığa çıxan bir sıra faktlar – yanğının mənbəyinin başqası tərəfindən deyil, məhz keçmiş MTN əməkdaşı Xəyyam Babayev tərəfindən göstərilməsi, onun ziddiyyəli ifadələri, bina sakinlərindən birinin məhkəməyə həmin gün naməlum, “əlinin üstü döyməli” 16-cı meyiti görməsi barədə məlumat verməsi, zərərçəkənlərin binaya bitişik tikilinin üstündə heç vaxt zibil yığılmamasını təsdiqləməsi, bir neçə şahidin hadisə günü tikilinin üstündə bir neçə yanan lopa görməsini təsdiqləməsi və sair bu kimi hallar yanğının qəsdən törədilməsini göstərdi”.

“Onun günahsız yerə mühakimə olunması böyük ədalətsizlikdir”

Müdafiəçi bildirib ki, müvəkkili M.Mahmudov ona elan olunan ittihamlarla təqsirli bilinə bilməz, çünki o bu cinayətlərin subyekti deyil. M.Mahmudov vəzifəli şəxs olmayıb, təsisçidir, onun üzərinə hər hansı bir təşkilatı-sərəncamverici və s. funksiyalar qoyulmasına dair ittiham məhkəməyə heç bir sübut təqdim edə bilməyib: “Ona görə də, müdafiə etdiyim şəxs onda olmayan vəzifə səlahiyyətlərindən sui-istifadəyə və ya yanğın təhlükəsizliyi qaydalarına riayət etməməyə görə məsuliyyətə cəlb oluna bilməz. Miryusif müəllim tanınmış sahibkardır, bir sıra dövlət təltifləri var, xeyriyyəçidir, seyiddir, xalqını, dövlətini sevən ziyalıdır – onun günahsız yerə mühakimə olunması boyük ədalətsizlikdir”.

Vəkili çıxışında qeyd edib ki, ittihamın təqsirləndirilən şəxslərə qarşı irəli sürdüyü əlbirlik ittihamı da sübuta yetməyib. Baş vermiş ağır nəticələrin Miryusif Mahmudovun əməlləri heç bir səbəbli əlaqəsi olmamasını bildirən vəkil göstərib ki, ümumiyyətlə yanğının ağır nəticələri “poliuretan” fasad üzlüyü ilə yox, binanın özünün yanğın təhlükəsizliyi qaydalarıa uyğun olmaması, yanğın çıxışlarının, təxliyyə yollarının olmaması ilə bağlıdır: “Xətaidə 2015-ci ilin aprel ayında yanğın baş vermişdi. Həmin binada da eyni materialla, eyni üzlüklə üzləmə işləri həyata keçirilmişdi. Lakin binada yanğın və təxliyyə sisteminin düzgün olması səbəbindən hadisə ölümlə nəticələnmədi”.

Məhkəmə prosesi günün ikinci yarısı davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar