Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədi sakinləri parkda ağacların kəsildiyini iddia edir



«Bilmirik bu, nə məsələdir. Ancaq parkın hər tərəfini hasara alıb, ağacları kəsirlər»


Bu sözləri musavat.com-un redaksiyasına şikayət məktubu ünvanlayan Binəqədi rayon sakinləri deyiblər.

Sakinlərin sözlərinə görə, Ayna Sultanovanın heykəlinin arxasındakı parkın ərazisində ağaclar naməlum şəxslər tərəfindən kəsilib: «Ayın 16-dan söküb, dağıtmağa başlayıblar. Ağacları kəsib, harasa aparırlar. Bilmirik ki, bunu kim və nə məqsədlə edir. Əgər təmir edirlərsə, ağaclarımızı niyə kəsirlər?»

Bu şikayət əsasında adıçəkilən əraziyə yollandıq. Parkın hər tərəfi hasara alınaraq, təmir işləri aparılırdı. Təmir işləri aparan işçilərin rəisi ilə danışdıq. 

Onun sözlərinə görə, ərazidə heç bir ağac kəsilməyib: «Sakinlər yəqin ki, məlumatsızdırlar. Çünki Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilən göstəriş əsasında, uzun zamandır ki, bərbad halda olan Ayna Sultanova parkını təmir edirik. Biz, parkda təmir və yenidənqurma işləri aparırıq. Burada heç bir ağac kəsilməyib. Əksinə, parkda yeni ağaclar əkiləcək, dekorativ güllər gətiriləcək. Sakinlər çürümüş ağacların kəsilməsini görüb, yanlış anlayıblar. Biz sadəcə, yaşlı ağacların qurumuş budaqlarını kəsmişik ki, ağaca ziyan dəyməsin və gələcəkdə çürüyərək, kiminsə üzərinə düşməsin. 

Bundan əlavə, yerə döşənmiş olan köhnə və artıq istismar müddətini başa vurmuş tametlər qoparılır. Onların yerinə ən müasir standartlara cavab verən yeni tametlər döşənəcək. Köhnə skamyaları yeniləri ilə əvəz edəcəyik. Fontan da sökülür. Daha müasir fontan quraşdıracağıq. Bir sözlə, burada yeni park salınır. May ayına qədər parkın təmiri başa çatacaq. Və sakinlər daha yaxşı parkda istirahət edəcəklər». 

Parkdan uzaqlaşaraq, ərazidə yaşayan bir neçə rayon sakini ilə söhbətləşdik: «Mən qoca kişiyəm. Arada nəvələrimlə bu parkda istirahət etmək istəyirəm. Əvvəllər skamyalarda oturmaq olmurdu. Çünki yararsız hala düşmüşdü. İndi yeni park tikirlər. Əgər hasarlara vurduqları şəkildə olduğu kimi park düzəltsələr, əla olar. Mən də nəvələrimlə birlikdə rahat dincələrəm». 

Parkın yaxınlığında yaşadığını deyən Ramil Əsədov bildirdi ki, park təmir edilərkən məsuliyyətsizlik ucbatından bəzi ağaclar kəsilib: «Təmir işləri yaxşıdır. Amma işlərinin ustası deyillər. Təkcə burada yox, ümumiyyətlə, köhnə parkların təmiri zamanı bir çox ağaclar məhv edilir. İşlərinə məsuliyyətsiz yanaşırlar. Düzdür, elə olur ki, ağacın olduğu yer yeni parkın dizayn formasına uyğun gəlmir. Bu zaman ağacı kökündən çıxarıb, yerini dəyişmək lazımdır. Amma buna çox vaxt əməl etmirlər. Rahat üsula əl atırlar. Ağacı kəsib, aparırlar. Bu parkda da bir neçə ağacı o cür kəsdilər. Amma yaxşı ki, qalanlarına dəyməyiblər. Ümid edirəm ki, işlərinə məsuliyyətli yanaşacaqlar və bizim də normal dincəlmək üçün parkımız olacaq». (musavat.com)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar