Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədinin əbədi və əzəli problemi – “göl” yollar


Ötən həftə yağan güclü yağışdan sonra Bakının Binəqədi rayonunun yolları hələ də nəhəng gölü xatırladır


Virtualaz.org xəbər verir ki, hər gün Binəqədi şosesi ilə işə gələn sakinlər yolda yaranan göllər səbəbindən tıxacda qalırlar.

Bir neçə gün öncə şosenin Poladtökmə zavodunun yaxınlığından keçən hissəsində suyun səviyyəsi artdığına və avtomobillərin mühərrikində ciddi problemlər yarandığına görə, yolda hərəkət məhdudlaşdırılmışdı. Sakinlər avtobuslardan enib yolu piyada getməyə məcbur qalmışdılar. Artıq Binəqədi şosesində vəziyyət əvvəlki kimi gərgin olmasa da, yoldan suyun çəkilməsi istiqamətində hələ də heç bir iş görülməyib.

Qeyd edək ki, Binəqədi şosesinin yağış yağan kimi gölə çevrilməsinin səbəbi kanalizasiya və yağış kollektorunun olmamasıdır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi şosesinin "Baksol yolu" ilə kəsişmədən 4-cü qapı küçəsinədək olan hissəsində 2 ədəd nasosxana olsa da, kanalizasiya və yağış kollektorunun olmaması səbəbindən həmin sistemdən axan su nasoslar vasitəsilə yaxınlıqdakı gölə vurulur. Gölə həmçinin neft şirkətinə məxsus 2 açıq kanal da axıdıldığından, güclü yağışlar nəticəsində ətrafdan və kanallardan gələn su gölün səviyyəsini qaldırır. Nəticədə, oradan daşan suyun yola yığılmasına səbəb olur.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar