Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir çəkiclə sökülüb zibilliyə atılan on milyonlar...



Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında baş verən dəhşətli faciədən sonra çoxmərtəbəli binalarda yanğına həssas olan üzlüklərin sökülməsinə başlanılıb


Prezidentin tapşırığına əsasən, bütün binalar bu həftənin sonunadək həmin odadavamsız üzlüklərdən təmizlənməlidir.

Bu arada Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov üzlüklərin sökülməsi ilə bağlı mətbuata açıqlama verib. Paytaxt meri üzlüklərin sökülməsinə dövlət tərəfindən vəsait ayrılmadığını, söküntü işlərinin üzlükləri vuran şirkətlərin öz hesabına aparıldığını bildirib.

Amma mer binaların üzlənməsinin dövlət büdcəsinə neçəyə başa gəldiyindən danışmayıb. Nəzərə alaq ki, indiyədək 263 bina poliuretanla üzlənib.



Bəs bu binaların üzlənməsi dövlətə neçəyə başa gəlib? Başqa sözlə, binaların yanğına davamsız, keyfiyyətsiz materiallarla üzlənməsi nə qədər maliyyə itkisinə səbəb oldu?

Virtualaz.org saytı bu suallara cavab axtarıb.

Bir kvadratı 30 manatdan başlayaraq...

Qeyd edək ki, Bakıda binaların üzlənməsi prosesinə hələ 2010-cu ildən başlanılıb. Hətta sosial mediada, internetdə penoplast örtükləri reklam edən səhifələr yaradılıb.



Məsələn, səhifələrin birində təklif edilən qiymətlərə nəzər salaq: “Artıq köhnə, ağır, bahalı, uzun müddətə başa gələn daş örtüklər öz yerini fasada eyni görünüş və effekti verən penoplast örtüklərə verir. Materialı Azərbaycanda bir çox şirkətlər, o cümlədən  “TİVİ” şirkəti təklif edir. Klassik fasad üçün yüngül, ucuz və tez başa gələn bu material hamıya tanışdır. Adətən televizor alanda qoruyucu ağ baloncuqlardan ibarət olan materialla küncləri bərkidilmiş olur. Penoplast həmin materialdır. Artıq tikinti sektoruna da girən bu material həm fasad örtükləri, həm mərtəbəarası örtüklər, həm də dam örtüyü kimi istifadə olunur. Binanın 1 kvadratmetri materialdan asılı olaraq 30-100 manat arasında dəyişir”.

“Ayda” adlı digər şirkət Türkiyə istehsalı olan penoplastrın 1 kvadratmetrini 150, Çin istehsalı olan materialı isə 80 manatdan təklif edib.

“Təmir və dizayn” adı ilə yaradılmış digər səhifədə isə material və dəzgahların Türkiyədən gətirildiyi, lakin məhsulların Azərbaycanda istehsal edildiyi yazılıb: “Binaların üzlənməsi üçün material və usta xərcləri də daxil olmaqla qiymətlər 50 manatdan başlayır”.



Ümumiyyətlə, təkcə facebookda axtarış aparmaqla binaların üzlənməsi ilə məşğul olan onlarla şirkətin təklifini oxumaq olar. Yazılanlara inansaq, materialdan və binaların hündürlüyündən asılı olaraq qiymət 50-150 manat arasında dəyişir.

Maraqlıdır ki, reklam yerləşdirən şirkətlərin hamısı uyğunluq sertifikatlarının olduğunu yazıblar.

Amma bəllidir ki, dövlət sifarişi ilə görülən təmir-tikinti və ya quraşdırılma işləri təsadüfi şirkətlərə həvalə olunmur. Qaydalara görə, dövlət sifarişi ilə görüləcək işlər tender yolu ilə seçilmiş şirkətlərə həvalə edilir. Biz tender keçirilərkən qalib şirkətin hansısa məmura yaxın olmasından, təmirdə istifadə olunan materialların keyfiyyətindən, ustaların peşəkarlığından danışmaq istəmirik. Hərçənd ki, material seçimi və usta peşəkarlığı amili də yanğınların baş verməsində əsas səbəblərdən biridir. Yanğın materialların keyfiyyətsizliyindən xəbər verdiyindən yalnız maliyyə itkisinə toxunmaq istəyirik. 

Maraqlıdır ki, ekspertlər, hətta bəzi deputatlar belə mətbuatda müxtəlif rəqəmlər səsləndirsə də işin əsas təşkilatçısı olan BŞİH binaların üzlənməsinə nə qədər vəsait sərf olunduğunu söyləmir, daha doğrusu, susmağı üstün tutur.

Ekspertlər 5 milyondan başlayıb 1 milyardda dayanır

Binaların üzlənməsinin dövlət büdcəsinə neçəyə başa gəldiyinə dair müxtəlif fikirlər səsləndirilir. Təxmini rəqəmlərə inansaq, süni bəzək dövlətə 3-5 milyon manat itkiyə səbəb olub.



“Əmlak” ekspert mərkəzinin direktoru Ramil Osmanlının fikrincə, üzlüklərin vurulması ilə bağlı konkret rəqəm söyləmək çətindir: “Üzlük vurulmuş binaların sayı açıqlanıb. Lakin elə bina var ki, 5 mərtəbəlidir, dövlət qurumunun inzibati binası və ya oteldir. Üzlüklər isə binanın kvadratmetrinə uyğun hesablanıb. Bundan əlavə, usta xərci, əlavə materialların qiyməti də hesablanmalıdır”.

Ekspert binaları təmir edən şirkətlərin tenderlə seçildiyini də xatırlatdı: “Xüsusilə də 50 min manatdan artıq vəsait sərf olunduqda tender keçirilməli, şirkətlər müəyyənləşdirilməlidir. Buna görə də binaların üzlənməsinə sərf olunmuş vəsaitin məbləğini dövlət qurumları açıqlamalıdır. Baş vermiş yanğınlar göstərir ki, üzlük vurarkən materialın keyfiyyətinə fikir verilməyib. Bundan əlavə, qiymət keyfiyyətə görə də dəyişir”.



Nazim Məmmədov

Parlamentin keçmiş üzvü, iqtisadçı-ekspert Nazim Məmmədov isə Bakıdakı çoxmərtəbıli binaların üzlənməsinin 3-5 milyon manata başa gəldiyini hesab edib.

Sabiq deputat mətbuata müsahibəsində deyib ki, bu işlərin real xərci 1 kv.metrə görə 10-15 dollar olsa da sənədlərdə məbləğ 10 dəfə şişirdilib: “Üzlük küçə tərəfdən binaların fasadına vurulur, həyətdə isə binanın görünüşü dəyişməz qalır. Bütün bunlar onu göstərir ki, bu sahədə korrupsiya çiçəklənir”.

İqtisadçı Zaur Həsənov da binaların üzlənməsinin 5 milyon manata başa gəldiyini güman edir: “Bəzi məlumatlara görə, 16 mərtəbəli binanın üzlənməsi 500 min manata başa gəlir. O da ola bilər ki, sənədləşmədə vəsait dəyərindən dəfələrlə artıq göstərilsin. Polimer üzlüklərin kvadratmetrinin qiymətinin 50 manatdan 150 manata qədər dəyişdiyi bildirilir. Polimer üzlükləri divara yapışdırmaq üçün xüsusi bahalı yapışqandan istifadə edilir ki, bu, həm əlavə xərcdir, həm də yüksək maaşlı peşəkarlar tələb edir. Hər bir halda binaların hündürlüyü nəzərə alınarsa, büdcə təxminən 5 milyon manat vəsait itirib”.



Memar Nəbi Məmmədov isə fərqli düşünür: “Qiymət materialın keyfiyyətinə, hündürlüyə görə dəyişir. Bu material əksər hallarda divara kafel-metlax yapışdırıcısı ilə bərkidilir, divarla material arasında hava qatı qalmır. Poliuretanın daşla müqayisədə çox ucuz olması şirkətləri cəlb edib. Məsələn, 2 metrlik daş sütun bu materialdan 5-6 dəfə bahadır. Amma sintetik üzlüklər fasad örtüyü kimi yararsızdır. Çünki xüsusilə də yaşayış binalarında fasad örtüyü təbii materiallardan olmalıdır. Süni materialların qiyməti yalnız istehsalın ucuz başa gəlməsi ilə müəyyənləşmir. Süni materiallar həm də radiasiya mənbəyidir”.

N.Məmmədov onu da deyir ki, 16 mərtəbəli yaşayış binasının 500 min manata üzlənməsi mümkün deyil: “Penoplast üzlüklər elə də çox vəsait tələb etmir. Buna görə də rəqəmlərin açıqlanmasına ehtiyac var”.

Tanınmış vəkil Namizəd Səfərov isə binaların üzlənməsi ilə bağlı fikirlərini sosial şəbəkədə bildirib.

Vəkil deyir ki, binalara təhlükəli üzlüklər çəkilməsi 1 milyard manata başa gəlib. Sökülməsinə isə 100 milyon manat sərf olunacaq.



Baş verən yanğından sonra binanın əsaslı təmir və yenidənqurulması üçün dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılıb.

Bina sakinlərinə kirayə pulu ödənilməsi, ölənlərin və zərərçəkənlərin ailələrinə verilən kompensasiya da daxil olmaqla 2015-ci il büdcəsindən BŞİH-ə ümumilikdə 5 milyon manat məbləğində vəsait verilib.

Binaların üzlənməsinə 4-5 milyon manat sərf edildiyini də nəzərə alsaq, dövlət büdcəsi təkcə bu yanğından 10 milyon manatadək vəsait itirib. Həmin milyonlar dəhşətli yanğında həlak olan 15 vətəndaşımızın hər birinin həyatının müqabilində qara qəpik qədər dəyərli olmasa da...

Ümid edək ki, dövlətin milyonlarla manatını bir çəkiclə söküb zibilliyə tullayan şəxslər buna görə məsuliyyət daşıyacaqlar. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar