Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir həftədir yoxa çıxan əsgərin meyiti tapıldı


Goranboydakı N saylı hərbi hissədən bir həftədir yoxa çıxmış əsgərin meyiti bu gün tapılıb


Bu barədə “Qafqazinfo”ya əsgər Əliyev Murad Əlizadə oğlunun yaxınları məlumat verib. Onlar bildirir ki, Murad 7 aydır ki, hərbi hissədə qulluq edirmiş: 

“Murad 1997- ci il təvəllüdlü idi. O, oktyabrın 4-də hərbi hissədən yoxa çıxıb. Bizə üç gündən sonra onun yoxa çıxması barədə hərbi hissədən məlumat verilib. Bu gün də zəng edib dedilər ki, onun meyiti neytral zonadan tapılıb. Hərbi hissədən zəng edənlər Murad barəsində bizə çoxsaylı şayiələr deyirdilər. Guya Murad dindar olub, guya ki atasını öldürmək üçün avtomatı götürərək hərbi hissədən qaçıb və.s. Biz bunların heç birinə inanmırıq, Murad elə uşaq deyildi. Buradakı hərbi polislər isə onun hərbi hissədən avtomatsız qaçdığını deyirlər. Müdafiə Nazirliyindən hadisənin araşdırılmasını tələb edirik.

Məsələ ilə bağlı  sorğuya cavab verən Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 6-da hərbi qulluqçu əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar