Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir il də çox yaşayacaq...


Vüsalə Məmmədova yazır


Ən kədərli yeri də burasıdır: Şəhid ailəsinə təhvil verilib...
 
Yadıma lap uşaqlıqda öyrəndiyim şeir də düşür: Harda əsgər qəbri var, ordan başlanır Vətən...
 
Amma içimdən bir səs dayanmadan eyni sualı verir: Onlar niyə Şəhidlər Xiyabanında dəfn olunmurlar?
 
Mən qaydaları, səbəbləri bilmirəm. Heç kimdən də soruşmamışam. Amma istəmirəm ki, bu balalar məzar-məzar Azərbaycana səpələnsin... Bu balaların məzarı da çiyin-çiyinə düzülüb, sıra ilə dayanmalıdır... ki... iyirmi il sonrakı nəsil... unutmasın...
 
Müharibə 23 ildən də çoxdur davam edir, bəlkə hələ 23 il də davam edəcək, ən azı... Bir dəfə də yazmışdım, biz – Qarabağı gözü ilə görən ən son insanlar bu dünyadan köçməyənə qədər məmləkətin Qarabağ sorunu çözülməyəcək... Biz yaxşı bilirik ki, nə “lazım” gəlib çıxasıdır, nə də sülh danışıqları nəticə verəsidir. Sonu nida ilə bitən bütün deyilmiş sözləri bir tərəfə qoyaq, axı erməninin yerinə biz də olsaq, o torpaqların heç bir qarışını geri qaytarmazdıq. Heç kim Qarabağ torpağı kimi sərvəti əldə edəndən sonra, onu geri verməz! Beynəlxalq təşkilatlar heç kimə bu addımı atdıra bilməz. Baxın, heç biz də əl çəkmirik. Hələ də “Alacağıq!” deyirik. Baxmayaraq ki, 23 ildə 23 qarış irəliləyə bilməmişik, imtina etmirik, haqlıyıq da! Çünki o torpaqlardan kimsə əl çəkməz!
 
Torpaq deyirəm, mən evimdə dibçəyə çiçək basdırmaq üçün mağazasından onun kilosunu bir manata alıram! Bir manata! Həm də kilosunu! Hər dəfə “Azad edəcəyik” yox, “Alacağıq” dediyimiz o torpaqların qiymətini hesablayaq. Mağazada kilosu bir manatadırsa, görün düşməndə neçəyədir...
 
Amma axı I sinif şəkli rəngli olan balalar ölür... Bu həyatda heç bir nişanə qoymadan çıxıb gedirlər hərəsi bir kəndin məzarlığına... Biz “Şəhidlər ölməz, Vətən bölünməz!” deməyi sevsək də, Vətən çoxdan bölünüb... Şəhidlər isə...
 
Bir müddət əvvəl üzərində çalışdığım bir layihə çərçivəsində bir neçə şəhidimiz haqda məlumat toplamalıydım. İlk qarşılaşdığım problem o oldu ki, jurnalistlər üçün bütün şəhidlərimiz haqda əlçatan bir məlumat bazası yoxdur. Eyni problemi əsirlərlə də işləyəndə yaşayıram. Bir arxivdən tapdığım kağız parçasının üzərində çalışmağa məcbur oldum. Onun adının qarşısında ancaq rəqəmlər var idi – 1967-1992. Bir də çoxlu telefon nömrələri...
 
Bir-bir yığdım... Nömrələrin artıq heç biri mövcud deyildi... Nəhayət sonuncu nömrəyə bir qadın cavab verdi. Utana-utana, dərdlərini təzələdiyimdən xəcalət çəkərək, zəngimin məqsədini dedim. Sevincək səs gəldi: Dayan, qardaşını çağırım!
 
Qardaşı da sevinirdi. İlk sözü o oldu ki, əvvəl onunla bağlı tədbir keçirib, bizə də “hörmət” edirdilər...
 
Sonra mən suallarımı verməyə başladım. Adi suallar idi... İyirmi beş yaşını tamamlamamış insan haqqında başqa nələr soruşmaq olar ki?
 
- Ad günü nə vaxt idi?
 
- Hansı məktəbdə oxuyub?
 
- Döyüşə nə vaxt gedib?
 
Tutuldu... Xeyli fikirləşdi... Evdəkilərdən soruşdu... Bir neçə tarix səsləndirdi, yanındakı səslər doğru olmadığını dedi...
 
Kişi axırda “Belə şeyləri rəhmətlik anam daha yaxşı bilirdi” deyib, üzrxahlıq elədi: “Bağışlayın, görün üstündən neçə il keçib, yadda qalmır...”
 
O günü heç unutmamışam. Məhv olmuşdum. Əlim işə yatmır, qəhərdən boğulurdum... İndi öyrənmişdim ki, “ölməz” dediyimiz Şəhidin ömrü valideyni ölənə qədərmiş... Bilirəm, bu yerdə dövləti ittiham edəcəksiniz, amma mənə görə dövlət vicdan demək deyil!
 
Şəhid ailəsinə təhvil verilib... – Ata, ana, buyur, aç sandığını! Oğul toyu üçün neçə ildir qəpik-qəpik yığdığın nə vardısa, tök ortaya, yas çadırı qur!
 
...Bu gün gözüm 12 illik təhsilə keçidlə bağlı xəbər gördü. Davamını oxumamış, sevindim: Nə yaxşı, bir il də çox yaşayacaqlar...
 
Yazının sonunda oxucumdan bir xahişim var: Torpaqlarımızın müdafiəsində həlak olan və valideynləri də dünyadan köçən bütün şəhidlərimiz üçün bir dəqiqəlik sayğı duruşu... (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar