Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir ölümün etimologiyası


Zamin HACI yazır


“Kitabxananın bütün kitabları əhatə edəcəyi elan olunanda hər kəsi sonsuz sevinc bürüdü. Hər kəs özünü gizli və toxunulmamış xəzinənin yiyəsi sandı. Nə şəxsi, nə dünyəvi - elə bir problem yox idi ki, onun inandırıcı həlli altıbucaqlıların hansındasa olmasın” 

(Xorxe Luis Borxes, “Babil kitabxanası”)

Mingəçevirdə 1 nəfərin polis idarəsində qəfil və sirli şəkildə ölməsi, ardıyca etiraz aksiyaları, polisin, daxili qoşunların şəhərdə əməliyyatları haqda ola bilsin məlumatınız vardır. Ona görə “ola bilsin” yazıram ki, hazırda Azərbaycan vətəndaşının ölkəmizdəki hadisələr haqda məlumat almaq imkanları sıfıra yaxındır. 1-2 qəzet qalıb, onlar da hər yerə çatmır. Telekanalizasiyalar Mingəçevir hadisələrinə manıslardan, misal üçün, Tolikdən münasibət öyrənəsi deyillər. Qalır internet. Bir az ordan nəsə öyrənmək olar. 

Hadisə necə olub, Bəhruz Quliyevi polisdə döyüb öldürüblər, yoxsa özünü pəncərədən atıb - bu haqda əlavə şərh vermək istəmirəm. Lətifədə deyilən kimi, istintaq gedir. Yox, konkret elə bir lətifə bilmirəm. Ümumən yazıram. Ancaq mən Mingəçevir hadisələri haqda xəbərləri oxuyanda üzləşdiyim bir-iki göz aldatması, bundan sonra isə sözlər üzərində düşüncələrimi bölüşmək istərdim. 

Məsələn, Mingəçevir şəhərinin adı, bəlkə inanmayacaqsınız, gözümə DİNgəçevir kimi görünmüşdü. Bəlkə xəbərin içində DİN abbreviaturası çox idi, o üzdən? Freydin yeri məlum. Sonra polisdə həlak olan Bəhruz bəyin atasının adı Dilsuzu çaşıb “Dilsiz” kimi oxudum. Elə bil hansısa dilsiz-ağızsız, yazıq vətəndaşımızın övladını öldürüblər. Hərçənd, Dilsuz bəy oğlunun ölümündə günahı olanların cəzalandırılması üçün heç də sakit dayanmır, bacardığı qədər mübarizə aparır.

Bu yanlışlıqlar sevmədiyim jurnalist üslubunda bir az da uzağa getməyimə səbəb oldu. Örnək üçün, mərhumun adının mənasını düşündüm. Bəhruz. Farsa “xoş günlər” deməkdir. Əcəb xoş günlərdir. Düşmənə arzulamazsan. 

Ölüm hadisəsinə görə bir polis zabiti işdən çıxarılıb, hətta deyilənə görə həbs edilib. Bu “suç keçisi”nin ismi-şərifi də mənalıdır: Şahlar Şahlarzadə. Şah rejimində yaşadığımızı gözəl ifadə edir. Bir deyil, beş deyil. Gör bu adamın adı və soyadı nə qədər balaca-balaca şahlarımızı göstərməkdədir. Hətta bunu universitetə qəbul imtahanında testə soxmaq olar: “Şahlar Şahlarzadə adında monarxiya sistemimizin, sülalənin neçə dönəmi özünü əks etdirmişdir. A) 3, B) 7...” 

Nə olub, ay camaat? Bu qədər şahsevənlik çöküntüləri sizin canınızda hansı xəstəlikdən qalmışdır? 

Davam edək, pis ilişmişik. Mingəçevir Polis Şöbəsinin rəisi Bədəlov soyadlı bir polkovnikdir. Deyirlər bu adam hərbi prokurorla qudadır, ona görə 11 ildir dəyib-toxunan yoxdur. İndi bunun soyadının mənasına diqqət edək: “bədəl” sözü də fars sözüdür, anlamı “əvəz” deməkdir. Təsəvvür edin, adamı 11 ildir əvəz eləmirlər, kresloya kök atıb, hətta köklər kreslodan keçib yerə girib, amma bunun soyadının mənası “əvəz” deməkdir. Elə bil etimologiya (sözlərin yaranması, tarixi, əsl mənası haqda elmdir) ilahəsi bizimlə məzələnmək istəmişdir. 

Kədərli söz oyunlarına dəxli olmayan başqa əlaqələr də var. Misal üçün, rejimin hüquqi nihilizminə tərif vuranlardan biri Əli Hüseynlidir, bu adam 49 saylı Yevlax-Mingəçevir dairəsindən deputatxanaya qoyulmuşdur. Elə Bəhruz Hacıyevin qətlindən cəmi bir gün qabaq Hüseynli intervü verib Leyla və Arif Yunusların həbsini “humanizmin təzahürü” adlandırmışdı. 

Bu qədər sinik şəxsiyyətdir. Həmin müsahibədə, həmçinin başqa açıqlamalarında da Hüseynli daim Qərb dövlətlərinə sataşır, onları insan haqlarını pozmaqda, Quantanamo zindanı saxlamaqda, nə bilim, Frankfurtda dilənçiyə pul verməməkdə qınayır. Bax, belə uzaqgörəndir - Mingəçevirdə öləni görmür, Amerikanı isə görür. Küçə keçəndə bunu görsəniz əlindən tutun, kanalizasiya çuxuruna, peyin çalasına-filana yıxılar. Yaxını pis görür. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar