Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birgəyaşayışın Azərbaycan modeli - QHT Şurasının layihəsi


İyunun 24-də “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Birgəyaşayışın Azərbaycan modeli” adlı layihənin icrasına İsmaiıllıda start verib


Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasov açıb. O bildirib ki,  Prezident İlham Əliyevin  2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanda birgə yaşayış modelinin dünyada təbliğ edilməsinə geniş şərait yaradıb. Onun sözlərinə görə, “Birgəyaşayışın Azərbaycan modeli” layihəsinin əsas istiqaməti müxtəlif mədəni və dini dünyagörüşünə malik qrupların vətəndaş cəmiyyətinə inteqrasiyasını sürətləndirməkdir.
İctimai Birliyin təlimçisi, hüquqşünas Günel Səfərova bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın birgə yaşayış modelinin təbliğ edilməsi və gənclərin dini ekstremist qrupların təsirindən uzaqlaşdırılmasına yardım etməkdir: "Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 

Sərancamda qeyd olunduğu kimi, Azərbaycan sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan tolerantlıq nümunəsi və multikulturalizm modeli kimi bir sıra xarici ölkələrdə tədris edilir. Azərbaycanda əhalinin 9%-dən çoxunu milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycanda 8 qeyri-ənənəvi və 9- ənənəvi dini qrup nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, mədəniyyətlərarası dialoqun bənzərsiz məkanıdır.

Bu gün cəmiyyətimizdə  qorunub saxlanılan,  hörmətlə yaşadılan bir sıra adət və ənənələr çox-çox qədimlərdən, minilliklərin sınaqlarından uğurla keçərək əcdadlarımızın mənəvi mirası kimi hifs olunmaqdadır. Hər xalqın öz adət-ənənəsi var, öz milli mənəvi və dini dəyərləri var. Biz öz adət və ənənələrimizlə, milli mənəvi dəyərlərimizlə fəxr edirik. Əsrlərin dərinliyindən bu günümüzə gəlib çatan adət-ənənələrimiz həmişə insanları saflığa, təmizliyə dəvət etmişdir. Azərbaycan qanunveçiliyində milli, dini azlıqlara heç bir məhdudiyyət yoxdur və mədəni baxımdan əhalinin azlıqlara münasibəti milli-etnik və dini zəmində tolerantlığa əsaslanır".
 
Layihənin icrasının Lənkəranda, İsmayıllıda və Bakı şəhərində nəzərdə tutulduğunu qeyd edən G.Səfərova bildirib ki, regionlar təsadüfi seçilməyib.  O İsmayıllının multikulturalizm üçün nümunə olduğunu vurğulayıb.

Layihə çərçivəsində  dinləyiciləri maraqlandıran suallar cavablabdırılıb. Təlim növbəti gün davam edəcək. (aktual.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar