Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biz daha güclü ola bilərdik...

Sadə ermənilər Qarabağdan qaçır, siyasətçi ermənilər isə Qarabağa qaçır... S.Sarkisyan gedir, Ter-Petrosyan gəlir... Başa düşmək olmur ki, bunlara nə olub? Niyə vurnuxurlar?..


“Yaz ayları bir millət kimi ermənilər üçün çətin aydır” deyirlər. Doğrusu, mən belə “etno-bioloji” nəzəriyyələrə o qədər də inanmıram. İndi yazdığım da daha çox bir zarafatdır. Amma hər zarafatda bir həqiqət elementi olur...

Düzdür, indi zarafat məqamı deyil. Amma ifrat pessimizm üçün də elə bir əsas yox... Belə hesab edirəm ki, atəşkəsi pozan ermənilər layiqli və tutarlı cavablarını da alırlar....

Amma bizi başqa məqamlar düşündürməlidir. Bundan sonra nə olacaq?

Biz nə etməliyik? Bu yaxınlarda Ermənistan haqqında məqaləni oxuyurdum. Ölkədə vur-tut 3 milyon əhali var. Ona görə də heç təəccüb doğurmalıdır ki, orada qadınları və qocaları orduya çağırırlar...

Biz onlardan üç dəfə çoxuq... Biz onlardan varlıyıq... Biz onlardan daha imkanlıyıq... Ona görə də biz onlardan güclü olmalıyıq...

Güclüyükmü? Əlbəttə, güclüyük... Amma daha da güclü ola bilərdik... Daha bacarıqlı ola bilərdik. Daha tədbirli ola bilərdik...

Deyə bilərsiniz ki, mövcud olandan artığını arzulamaq xəyalpərəstlərin, romantiklərin şakəridir...

Amma biz də daha əvvəlki romantiklər deyilik, artıq realistik... Amma belə hesab edirik ki, status-kvonun dəyişməsi haqda deyilənlər əslində bizə bir işarədir. Bəlkə də bəzi məqamlara diqqətli ola bilmədik, nələrisə nəzərdən qaçırdıq. Amma aprelin ilk günlərində, elə bütün aprel ayında “Qoymayın, azərbaycanlılar erməniləri qırdı!” deyən tapılmadı. 

Hətta ilk dəfə bizimlə hesablaşmaq cəhdləri duyuldu - biz azərbaycanlılar təmas xəttinə az qala “müqəddəs” və “pozulmaz” sədd kimi baxan nümunəvi münaqişə tərəfindən birdən-birə gücə çevrildik... Baxıb gördülər ki, “problem olmağı”, döyüşməyi də bacarırıq...

Amma niyə dayandıq? Düşünürəm ki, yenə də Rusiya amili rolunu oynadı... Sizi bilmirəm, mənim D.Medvedevdən zəhləm gedir... Həm ona görə ki, bu adam siyasi oyuncaq olmaq rolunu can-başla qəbul etdi.

İkincisi, mən onu Gürcüstanla müharibə zamanı gördüm... Gürcüstan da öz ərazisindən çıxmamışdı, öz ərazisində nəsə etmək istəyirdi... Amma buna imkan vermədilər... 
Sonra Gürcüstan başladı Rusiya haqqında həqiqətləri deməyə. Bir nəticə verdimi? Təəssüf ki, yox...

Bunları niyə deyirəm? Ərz edirlər ki, biz də Rusiya haqqında həqiqətləri deyək... Bəli, deyə bilərik. Amma nəticə verməyəcək... 

Təbii ki, bizim Rusiyaya isti münasibətimizin kökündə sırf milli maraqlar dayanmır. Burada hakimiyyətin öz maraqları da mühüm yer tutur - hər  növbəti “seçki”də Rusiya özünün “xeyir-dua”sını verir...

Amma çinlilər deyir ki, hər işığın içində bir qaranlıq, hər qaranlığın içində bir işıq olur... Bizim hakimiyyətin Rusiya siyasi isteblişmentilə isti münasibətləri bəzən karımıza da gəlir...
Ona görə də “gözübağlı oyunu” hələ bir müddət davam edəcək... Uşaqlıqda belə oyun oynayardıq - bəli, dəsmalla biri-birimizin gözünü bağlayar və biri-birimizi tutmağa çalışardıq...
İndi otuz ildir ki, Qarabağ uğrunda çarpışırıq... Amma “gözübağlı”... Ona görə ki, otuz ildir, qarşımızda kimin dayandığını yalnız təxmin edə bilirik... Özümüzü elə aparırıq ki, guya, bu, yalnız Ermənistandır. Amma ki, qarşıda Rusiya da var...

“Arxalı it qurd basar!” deyiblər... Ermənilər də illərlə Rusiyanın kölgəsində özləri haqqında bir mif yaratmışdılar... Gürcüstan ən azı abxaz və ya osetin mifini dağıtdı - hər ikisinin “lider”i dərhal Moskvaya qaçdı...

Aprel ayında biz də erməni mifini dağıtdıq... Amma tamam-kamal axırına çıxa bilmədik. Güman ki, Rusiya imkan vermədi. Həmin günlərdə Lavrovla bahəm Medvedev də burada göründü. Yəqin ki, elə-belə gəlməmişdi, V.Putinin “salam”ını, daha doğrusu, “privet”ini çatdırmağa gəlmişdi...

Olsun. Nə etmək olar? Bir az toparlanıb növbəti fürsəti gözləmək lazım gələcək. Hər fürsətdə Ermənistanın onurga sümüyündən ən azı bir həlqəni qoparmağa çalışmalıyıq. Fürsət isə hələ çox olacaq... 

Biz bir məsələni həll etməliyik - təmas xəttini mülki insanların yaşadığı ərazilərdən Qarabağın içərilərinə doğru çəkməliyik. Elə olsun ki, erməni səngərindən bizim mülki əhali yaşayan kəndlər və rayonlar atəşə tutula bilməsin. Bunun üçün erməniləri sadəcə, bir az qovmaq tələb olunur və güman edirik ki, bu, elə də çətin məsələ deyil...

Buna görə isə bir az da güclü olmalıyıq... Bəli, biz daha güclü ola bilərik.
Əslində olmalı idik də...

Hüseynbala Səlimov(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar