Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizim illərimizin kökələri...


Ədəbiyyatın canlı klassiki Fazil İsgəndərin “37-ci ilin kökəsi” hekayəsində ictimai əhval-ruhiyyənin şəxsi münasibətlərə, siyasi vəziyyətin ailə daxilinə müdaxiləsi obrazlı şəkildə əksini tapıb


Ananın bişirdiyi 12 kökədən biri yoxa çıxanda o, balaca oğlunu sorğu-suala tutur: “Kökəni sən yemisən?” Uşaq “Yox” deyir - doğrudan da o yeməyib.

Ana əl çəkmir, getdikcə əsəbiləşir, əsl istintaq qurur və sonda uşaq anasını sakitləşdirmək üçün kökəni yediyini təsdiqləyir. Yeməsə də...

Ancaq ana sakitləşmir: “Sən əsl trotskiçisən! - o, qışqırdı - İndi trotskiçiləri mühakimə edirlər və elə onlar da sənin kimi cavablarında dolaşırlar. Prokuror soruşur: “Siz casuslarla və təxribatçılarla görüşmüsünüz?”Onlar cavab verirlər: “Bəli, görüşmüşük”. Prokuror soruşur: “Onda siz antisovet fəaliyyətinizi təsdiqləyirsiniz?”. Onlar: “Yox, təsdiqləmirik”. Hanı vicdan, hanı məntiq? Sən əsl trotskiçisən”.

Sonra uşaq evdən çıxıb küçədə yaşıdları ilə futbol oynayır, söhbəti də unudur. Bir müddət keçir, bacısı gəlib ona anasının çağırdığını söyləyir. Kökə də tapılıb. Onu siçovul oğurlayıb yarısını yeyibmiş.

Uşaq ümid edir ki, anası mütləq sakitləşib, bəlkə ondan üzr də istəyəcək. Evdə əlləri ilə başını tutub oturmuş qəzəbli anasını görür. Və ananın monoloqu:

“Əgər kökəni götürməmisənsə, sən həqiqətin üstündə və sonadək dayanmalı idin. İstənilən işgəncənin altında yalnız həqiqəti söyləməli idin! Sən isə çürük ziyalı kimi dolaşmağa başladın: yemişəm, ancaq götürməmişəm. Məni lap dəli elədin. İnsan həmişə yalnız həqiqəti söyləməlidir!”

Ananın həqiqəti: “Mən həqiqəti siçovulun hesabına öyrəndim. O həqiqəti ki, səndən öyrənə bilmədim. Sən bilirsən, biz hansı zəmanədə yaşayırıq! Partiya və şəxsən yoldaş Stalin bizdən aydınlıq və möhkəmlik tələb edir! Sən isə sübut etdin ki, bunlardan heç birinə qadir deyilsən”.

***

“Sən bilirsən, biz hansı zəmanədə yaşayırıq!” - leytmotiv bu cümlədir. Və kimsə ironiya ilə söyləyirsə ki Fazil İsgəndər 1937-ci il repressiyalarının insan təbiətində necə qaranlıq iz qoyduğunu və məhz o dövrü nəzərdə tutaraq bu hekayəni qələmə alıb, onda yanılacaq. Baş verənlərin arealını 1937-ci il ilə məhdudlaşdıranlar özlərini aldadırlar.

Fazil İsgəndər bu süjeti ilə bütün dövrləri nəzərdə tutub. Bütün dövrlərdə sosial ab-hava insanların evinin içinə qədər gəlib çıxır, ailə münasibətlərinin arasına girir və fərdlərin psixologiyasını (de)formalaşdırır. Söhbət yalnız Stalin illərindən getmir. Söhbət hər bir dövrdən, o cümlədən bu günümüzdən gedir.

Dövrün ab-havasından yalnız asketlər kənarda qala bilərdilər. Daha onlar da yoxdur. Artıq asketlərdən də qeydiyyat, şəxsiyyət vəsiqəsi və kommunal xərclər tələb olunur.

***

Fazil İsgəndər bu hekayəsi ilə bizə həm də heç bir eksperiment qoymadan, sosioloji sorğular keçirmədən və oxuyub düşünmədən dövrü xarakterizə etmək üçün metod, ipucu verir.

Baxın ailəyə, oradakı söhbətlərə, bu söhbətlərin mövzusuna, valideynlərin fobiyalarına və nəsihətlərinə, arzularına və kədərlərinə - vəssalam, dövrün portreti hazırdır. Heç bir rəsmi çıxışlara, çap hərflərinə ehtiyac qalmır. Dövrümüzün diaqnozu hər birimizin alnında yazılıb.

Mən 1970 və 1980-ların ailə mövzularını yaxşı xatırlayıram. O söhbətlərdə ümid və inam, sakitlik və sevgi, ailədə ata-ana ilə övladlar arasında anlaşma, təhlükəsizlik hissi dominant idi. Təhlükə mənbəyi nə hakimiyyət idi, nə polis, nə işsizlik, nə də xəstələnəndə müalicəsiz qalmaq ehtimalı... Olsa-olsa nüvə müharibəsi kimi qlobal problem bizim sabaha ümidimizi əzib keçə bilərdi.

Valideynlər də övladlarını trotskizmlə qorxutmurdu (Eyni zamanda inanaraq ki, trotskiçilər canidirlər. Onlar cani olmasaydılar sonadək günahsızlıqlarının üstündə dursaydılar, heç birinə heç nə olmayacaqdı. Yəni 1937-ci ildə də insanlarda ədalətə və həqiqətə inam ölməmişdi), ən çox halda hansısa oğrunun, yalançının və alverçinin qisməti ilə qorxudurdu. Ağıllarına da gəlmirdi ki, onların övladları artıq yalanın dövlət siyasəti, oğurluğun isə norma olduğu, hamının isə alverə girişəcəyi bir dövrdə yaşayacaqlar.

Artıq 1990-cı illərdə cəmiyyətin Ədalətə də, Həqiqətə də inamı öldürüldü. Daha valideynlər övladlarına nümunə kimi dünənin qəhrəmanlarını yox, oğruları, yaltaqları, adlarını dəyişib “iş adamı” edən alverçiləri göstərməyə başladılar. Bu, davam etməyindədir.

Yeni əsrdən başlayaraq isə birdəfəlik inanıldı ki, baş verənlər müvəqqəti sapıntı, qorxulu yuxu deyil. Bu, anormallığın normaya çevrilməsidir. Ailədə məsləhətlər də “Nə gəldi danışma, tutarlar”, “Sözlərində ehtiyatlı ol”, “Hökumətlə işin olmasın” kimi kəlmələrlə əvəzləndi. Yəni cəmiyyət inandı (və qəbul da etdi) ki, repressiyalar üçün heç də günahkar olmaq tələb olunmur, içəri düşməməyə çalış, düşdünmü, sənin günahsızlığın heç kəsi maraqlandırmır. Əksinə, tutanlarla tutulanların yeri çoxdan səhv düşüb, onlar rollarını və yerlərini dəyişsəydilər, doğru olardı.

Bir sözlə, hətta Fazil İsgəndərin “37-sində” obıvatelin ümidi (hətta inamı - əksərən əsassız) ölməmişdi ki, məntiq qanunları qüvvədən düşməyib, haqsız yerə incidilənlərin haqlı olduqlarını sübut etməyə  imkanı var. Hekayədə ananın söylədiyi kimi, sadəcə “aydınlıq və möhkəmlik” lazımdır.

Bizim illərimizdə bu, artıq qıcqırmış absurd kimi səslənir. Bunu görmək üçün istənilən ailədaxili fobiyaları və ümidləri nəzərdən keçirmək yetərlidir.

“Ailə də, dövlət də insnların birgə yaşayışının spesifik növləridir, onların fərqli kəmiyyətdədir, belə ki, dövlət - eninə genişlənmiş ailələr ittifaqından başqa bir şey deyil” (Aristotel, “Siyasət”)...

Məmməd SÜLEYMANOV(virtualaz.org)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar