Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biznesmen deputat ölkəni tərk edib? – Böyük maxinasiya iddiası


Bir neçə gündür «Nurgün Motors» şirkəti ətrafında qalmaqallı olaylar yaşanır


DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla  Mübarizə İdarəsinin şirkətin avtosalonlarında əməliyyat keçirdikləri, 18 nəfərə yaxın şəxsin həbs olunduğu bildirilirdi. 

Həmin məlumatlarda şirkətin rəhbəri Nuru Əliyevin olduğu və onun vergidən yayındığı da qeyd olunurdu. 

Tia.az-ın araşdırmaları zamanı isə ortaya olduqca ilginc məlumatlar çıxıb. Məlum olub ki, «Nurgün Motors»un real sahibi heç də Nuru Əliyev olmayıb. Daha doğrusu, bir xeyli əvvəl şirkət Nuru Əliyevdən alınaraq, deputat, «Avromed» dərman firmasının rəhbəri Cavanşir Feyziyevə məxsus olub. Nuru Əliyevi isə izi itirmək üçün baş direktor təyin ediblər. Məlumatlarda vurğulanır ki, «Nurgün Motors»da əməliyyatların keçirilməsi və bağlanılması üçün atılan addımlar isə heç də birbaşa şirkətdə baş verənlərdən qaynaqlanmır. 

Daxil olan məlumata görə, şirkət ətrafında yaşananlar birbaşa Cavanşir Feyziyevin konkret atdığı addımla bağlıdır. Məlumatlarda iddia edilir ki, Feyziyev manatın devalivasiyasından əvvəl məsələdən xəbərdar olub. Və təkcə özünün deyil, həmçinin iş dünyasındakı bir çox dostlarından pul toplayaraq, onu dollara çevirib. İddialara görə, bu zaman dollara çevrilmiş manatların ümumi dəyəri 1,2 milyard dollar təşkil edib. Və həmin vaxt Milli Bank maliyyə bazarındakı «qara dəlik»ləri axtaran zaman ilk olaraq deputat-biznesmenin üzərinə gəlib çıxıb. Həmin dönəmdə ikinci «qara dəlik» kimi isə Beynəlxalq Bankın sabiq prezidenti Cavanşir Hacıyevin əməliyyatlarını aydınlaşdırıblar. 

Məlumatda deyilir ki, Cavanşir Feyziyevin bu hərəkətindən bir müddət sonra xəbər tutulub. Və bu barədə ölkə rəhbərliyinə konkret faktlardan ibarət məlumatlar təqdim olunub. Durumunun ağırlaşdığını görən deputat-biznesmen isə təcili olaraq ölkəni tərk edib və hazırda onun xarici ölkələrdən birində qərarlaşdığı deyilir. Bildirilir ki, Feyziyevin ölkəyə qayıtmaq fikri yoxdur. Ona görə ki, həbs olunma təhlükəsi var. 

Bu əsnada o da məlum olub ki, Cavanşir Feyziyevin təkcə bir biznes sahəsinə deyil, digərlərinə də hücumlar başlayıb. İddialara görə, «Avromed» dərman şirkəti də yaxın vaxtlarda deputatdan alınaraq, başqasına veriləcək. Bundan başqa, onun daha bir neçə iri biznes layihələrindən kənarlaşdırılacağı gözlənilir. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar