Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boks üzrə dünya çempionu bu qızı döyübmüş


Bir neçə gündür mediada boks üzrə dünya çempionu Elvin Məmişzadənin gecə klublarından birində bir xanımı döyməsi barədə məlumatlar yayılıb


 İdmançının özü də xəbəri təsdiqləyib və bildirib ki, xanımla mübahisəsi olub, lakin onu döyməyib. 

Bəs əslində, nə baş verib?

Bununla bağlı virtualaz.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib: "Təəssüf ki, belə bir fakt qeydə alınıb. Belə ki, Z.Orucova soyadlı gənc qadın Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 16-da saat 4.00 radələrində gecə klublarından birində olarkən tanışı Elvin Məmişzadənin onu başından vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını bildirib”.

Mənbə əlavə edib ki, vətəndaşın rəsmi müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılaraq icraata verilib. Əlavə olunur ki, hazırda zəruri istintaq tədbirləri aparılır.

O ki qaldı Elvin Məmişzadənin həbs edilib-edilməməsinə dair məsələyə, Mətbuat Xidmətindən verilən məlumata görə, bu, işin hallarından asılıdır. Yəni istintaqın gedişində zərurət yaranacağı halda bu məsələ üzrə də qanuni qərar qəbul ediləcək.

Elvinin onu döydüyünü iddia edən Züleyxa Orucovanın fotosu Yeniçağ.az-a məxsusdur.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar