Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bombalamaq - olar, xilas etmək - yox!


Son illərdə Qərb yeni-yeni əraziləri demokratiya ilə yemlədi


Yaxın Şərq və Şimali Afrikadakı “yeni demokratiyalar”da yaşayan aborigenlərin yem elə xoşuna gəldi ki, onlar daha bir boşqab üçün Avropaya üz tutdular. 

Bütün mümkün və qeyri-mümkün üsul və vasitələrlə. Köhnə qayıqlarda, iri maşınların soyutma kameralarında, sərhədləri piyada aşaraq...

Xalqların yeni və zorakı yerdəyşməsinə görə baiskarlar cavab verməyə məhkumdur. Cavabdan nə qədər boyun qaçırmağa can atsalar da... Problemin yaranacağını stabil İraqı məhv etməzdən, Suriyanı apokalipsisə çevirməzdən, Liviyanı bombalayıb Qəzzafini linç etdirməzdən əvvəl görmək və bilmək lazım idi.

Xəbərdarlıqlar da olunmuşdu. Ancaq faydası olmadı. Lənətlənmiş dövrə isə genişlənməkdədir.

Təkcə bu ilin 5 ayı ərzində Şimalı Afrikadan İtaliya və Yunanıstan sərhədlərinə 100 min qeyri-leqal miqrant gəlib. İtaliyanın ən cənub adası olan, əhalisinin sayı 6 min nəfərə bərabər Lampeduza hər gün 500-dən çox qaçqın qəbul edir. Adanın sahəsi isə vur-tut 20 kvadrat kilometrdir. Və bu köç 2011-ci ilin yazından - Qərb koalisiyası Liviyanı bombalamağa başladığı vaxtdan start götürüb.

Hazırda İtaliyada 60 min qaçqın Avropanın başqa dövlətlərinə keçmək icazəsini gözləyir - icazə isə olmayacaq. İlin sonuna qədər İtaliya və Yunanıstana gələn miqrantların sayı 200 min nəfərə çatacaq.

Qərb “demokratiyası”nın qurbanı olan bu binəsiblər ölkələrindəki aclıq, səfalət, müharibə, “inqilabi” küçə bandalarının və terror ordularının qətliamlarından qaçır. Baiskarlara isə onlar gərək deyillər - savadsız, fərqli adət-ənənə və mədəniyyətlərin daşıyıcısı olan bu şəxslər hazırda iqtisadi böhrana bürünmüş, digər tərəfdən isə multukulturalizm mifinin başlarına uçduğunun fərqində olan Avropa üçün vur-tut ballastdır.

***
Avropa İttifaqının ötən həftə keçirilmiş sonuncu sammitində gündəlikdə təkcə Rusiya problemi və Yunanıstan böhranı yox, həm də qaçqınların yerləşdirilməsi məsələsi dayanırdı. Yunanlara cəmisi 2 saat vaxt sərf etdilər, qaçqınların probleminin müzakirəsi isə düz 11 saat davam etdi.

Bu, nədən xəbər verir? Problemin həllinin çətinliyindən, arxiaktuallığından və tərəflərin ortaq məxrəcə gəlmək istəməməsindən. Bu məsələ əvvəllər də müzakirə olunmuşdu, hətta bəzi “qaynar başlar” ən ekzotik və radikal həll üsulu da təklif etmişdilər - dənizdəki qaçqınlarla dolu qayıqları içindəki adamlarla birlikdə batırmaq!

Russonun, Volterin, ensiklopediyaçıların Avropası haraya qədər deqradasiya etməlidir ki, qaranlıq orta əsrlərin inkvizisiya metodlarına yuvarlandığını gizlətməməyə çalışsın?! Yəqin ki, bu da son deyil.

Ən çətin durumda qalan İtaliyanın baş naziri Mateo Rentsinin sammitdən çıxarkən hansı emosional durumda olduğunu televiziya təsvirlərindən görmək olurdu.

Cənublu temperamenti ilə əl-qolunu ölçən Rentsinin gücü yalnız jurnalistlərə bu cümlələri söyləməyə yetdi: “Əgər 40 min miqrantı yerləşdirməyə razı deyilsinizsə, onda siz Avropa adlanmağa layiq deyilsiniz! Onda Avropa dəyərləri haqda nağılları özünüzə saxlayın, biz vəziyyətdən hansısa yolla çıxmağa çalışarıq!”

Yəni hazırda İtaliyada yerləşən 60 min qaçqından 40 minini belə Avropa İttifaqının üzvü olan digər 27 dövlət öz arasında bölüşdürmək istəmir. Kvota haqda razılığa gələ bilmirlər, bəzi dövlətlər isə fəlakətli Qərb siyasətinin qurbanı olan bu yazıqlardan 1 nəfəri belə qəbul etməyəcəyini bəyan edir.

Məsələn, Macarıstan, Rumıniya, Baltikyanı dövlətlər ümumiyyətlə miqrant qəbul etməyəcəklərini bildirib. İtaliyadakı miqrantların əksəriyyəti isə sosial siyasətin daha güclü olduğu Skandinaviya ölkələrinə, Almaniyaya və Fransaya can atırlar.

Beləliklə, dövrə qapanır. Avropalılar ABŞ-la müttəfiq olub İraq, Suriya, Liviya dövlətçiliyini dağıdıb, oralarda misilsiz humanitar fəlakətə bais olub, qurbanlıqları isə talesizliyin girdabında qoyur.

Hər kəs də özünü məşhur “Pişiyin evi” nağılındakı kimi aparır: birinin yeri azdır, digərinin müsəlmanı çoxdur, üçüncüsü iqtisadi böhrandan danışır, dördüncüsü işsizliyin səviyyəsinin yüksəkliyini ortaya qoyur...

Nəticədə isə iqtisadi cəhətdən özünün qara dövrlərini yaşayan yunanlarla italyanlar ortada qalırlar. Bombalamaq - ümumi iş idi, xilas etmək isə planda yox imiş.

Bu tarixçənin nə ilə bitəcəyini anlamaq çətin işdir. Miqrantlara qarşı sərt tədbirlərdən vaz keçmək olmayacaq. Əlbəttə, onların ölkələrini xarabazara çevirmək asan işdir, ancaq zərərdidələri qəbul etməyə Avropanın həvəsi yoxdur. Deməli, sonunda elə bir metod tapılacaq ki, miqrantlar Avropaya ayaq basa bilməsin. Məsələn, Avstraliyanın nümunəsindən yararlana bilərlər.

Avstraliyalılar yaxınlaşan qayıqların ya sadəcə ağzını geri çevirir (bununla da miqrantları dənizdə ölümə məhkum edir), ya da açıq havada həbs düşərgələrini xatırladan məftillənmiş ərazilərdə onları yerləşdirirlər.

Bunun üçün onların məsələn Kamboca ilə sazişi də var - Avstraliya Kambocaya hər adambaşına məbləğ ödəyir, Kamboca da qaçqınları öz ərazisində yerləşdirir. Halbuki Kambocada vəziyyət  qaçqınların canlarını qurtarmaq üçün tərk etdikləri vətənlərindəki vəziyyətdən heç də fərqlənmir.

Yaranmış çıxılmaz vəziyyət heç olmasa hələ Qərbin demokratiya ixracına qapısını açmağa macal tapmamış digər ölkələrin vətəndaşları üçün dərs ola bilər. Ancaq olacaqmı?

Avropa isə qəddar, antidemokratik metodlara əl atmadan problemi həll etmək iqtidarında deyil. Ancaq inanmıram ki, həmin metodlar iş salınanda Avropadakı çoxsaylı liberalların və hüquq müafiəçilərinin etiraz səslərini eşidəcəyik.

Dilemma çox sadədir: ya yüz minlərlə yadın qəbulu, ya da demokratik Qərbin aşkar antidemokratik tədbirləri.

Avropa dəyərləri, Qərb demokratiyası və humanizm praktikada yəqin bu cür olurmuş...

Məmməd SÜLEYMANOV(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar