Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bos Shelf MMC-də iş yerləri satışa çıxarılıb


Sürücü olmaq istəyən 3000 manat, digər işlərdə çalışmaq arzusunda olanlar isə 6000 manatından keçməlidir


Azərbaycanda hökumət hər nə qədər iddia etsə də, işsizlik səviyyəsi yüksək olaraq qalır. 

Bu səbəbdən də iş axtaranlar çox vaxt pul verərək, özlərinə satbil maaşlı iş yerləri tapmaq məcburiyyətində qalırlar. Xüsusən də, bu dövlət işlərində daha keçərli bir haldır. 

Amma özəl sektorda çalışmaq istəyənlər üçün də qapılar birmənalı olaraq açılmır. Jam xəbər verir ki, bəzi şirkətlər işçiyə təlabatları olduqları halda, oraya götürüləcək adamlara qazanc mənbəyi olaraq baxırlar. Bu məsələdə adı hallanan şirkətlərdən biri də Bos Shelf MMC-dir. 

Redakksiyamıza müraciət edən vətəndaşların iddiasına görə, adıçəkilən şirkətin rəhbərliyində təmsil olunan şəxslər iş yerlərini satışa çıxarıblar. Daxil olan digər məlumatda vurğulanır ki, şirkətin rəsmilərindən olan Nicat Qəhrəmanov və Anar Qarayev iş yerlərinin satışı prosesində ən aktiv şəxslər olaraq tanınırlar. 

Həmin iddiaya görə, Bos Shelf-də sürücü işləmək üçün vətəndaşın 3000 manat verməsi şərtdir və bu proses Nicat Qəhrəmanovun nəzarəti altındadır. Digər işlərdə çalışmaq arzusunda olanlar isə Anar Qarayevə müraciət etməlidirlər. Və bu zaman onlara qiyməti 6000 manatdan başlayan iş yerləri təklif olunur. 

Bu iddiaların nə qədər real olduğunu demək çətindir. Amma Azərbaycan reallığına baxıldıqda, heç də mümkünsüz görünməyən bir məsələdir. Məsələni dəqiqləşdirmək üçün sözügedən şirkətlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar