Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bravo “Barselona“nın hücum triosundan qorxmur

"Mançester Siti"ni Çempionlar Liqasının qrup mərhələsində "Barselona"ya qarşı çətin oyun gözləyir. Qvardiola və Klaudio Bravo üçün bu görüş "Kamp Nou"ya qayıtmaq baxımında əlamətdar olacaq


PİA.AZ goal.az-a istinadən xəbər verir ki, çilili qolkiper oyun öncəsi bir sıra sualları cavablandırıb.

- Bu qısa müddətdə Mançesterdə nə xoşuna gəldi?

- Əvvəla, burda özümü evdəki kimi hiss etməyim, yeni ölkə və komandaya uyğunlaşmağım üçün hər şey edirlər. Böyük kluba gəlmişəm. Bunu stadion, "Siti"nin dünyadakı azarkeş kütlədini görəndə başa düşürsən. Futbola qalanda, komanda yaxşı oyun göstərir. Bir-birini əla başa düşürük. Biz yenicə bu tərzdə oynamağa başlasaq da, bir sıra klub bu sxemi kopyalamağa çalışırlar. Həm məşçilər korpusu, həm də futbolçular işlərinin öhdəsindən əla gəlir. Ümumi götürəndə özümü burda çox yaxşı hiss edirəm.

- Qapıçı kimi ayaqlarınla oynamağı da yaxşı bacarırsan...

- Hər şey uşaqlıqda başladı. Effektli zərbələrim vardı. Hücumçudan tutmuş qapı xəttinə qədər müxtəlif mövqelərdə oynamağı sevirdim. 10 yaşm olanda qapıçı olmağa qərar verdim. Amma futbola yanaşmam dəyişmədi. Müasir futbolda qapıçının ayaqla oynamaq bacarığı mühümdür. Qolkiper seyvlərdən başqa şeyləri də bacarmalıdır.

- Messi, Neymar və Suarezin məşqlərdə nələr etdiyini gündəlik görümüsən. Onlara qarşı rəqib qapıçı kimi oynamaq necə bir hissdir?

- Əla. Onlar dünya səviyyəli futbolçular olmaqla bərabər, yaxşı insanlardır. Bu trio ilə eyni komandada oynamaq mənə faydalı idi. İndi əks cəbhələrdə yer almışıq. Birlikdə oynamaq çox xoş idi.

- Bu trioya qarşı oynamaq qapıçı üçün kabus deyil?

- Belə düşünmürəm. Rəqib komandanın hücumçularını heç vaxt kabus hesab etməmişəm. Əksinə, bunu bir sınaq kimi görmüşəm. Ən yaxşılara qarşı oynamaq mənə motivasiya verir. Rəqibin məndən güclü olduğunu düşünmək əvəzinə öz gücümə inamım artır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar