Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya şahzadəsinin səfəri və tənqidlər...


Zəfər Quliyev: “Azərbaycan hakimiyyəti bu kontaktdan siyasi divident götürmək istəyir” Zahid Oruc: “Azərbaycan beynəlxalq aləmdə dostlarının dairəsini genişləndirməklə məşğuldur”


Xəbər verdiyimiz kimi, Britaniya kraliçasının oğlu, Yorq hersoqu, şahzadə Endryü prezident İlham Əliyevlə görüşmək üçün Bakıya gəlir. Bu barədə Britaniya mətbuatı yazıb. Azərbaycan prezidentinin dostu kimi tanınan şahzadənin Bakıya səfərinin “şəxsi xarakter daşıdığı” bildirilir və səfərin məqsədləri barədə məlumat verilmir. 

Bununla belə məlumdur ki, şahzadə Endryü Britaniyanın ticarət-iqtisadi maraqlarının təmin edilməsi üçün şəxsi əlaqələrindən istifadə edir. Bukinhem Sarayından şahzadənin Bakıya səfərini təsdiq ediblər, ancaq bildiriblər ki, kral ailəsinin üzvlərinin şəxsi səfərləri ilə bağlı şərh vermirlər. 

Səfərin hansı mənbədən maliyyələşdirildiyi də açıqlanmır. Kral ailəsinin üzvlərinin şəxsi səfərləri Britaniya büdcəsindən maliyyələşdirilmir. Şahzadə Endryü bundan əvvəl də dəfələrlə Bakıda səfərdə olub.

Amma şahzadənin daha öncəki Azərbaycan səfərləri də Britaniya mətbuatında birmənalı qarşılanmayıb və tənqidlərlə müşayiət olunub. Yerli ekspertlər isə səfərin mahiyyəti və məqsədi ilə bağlı fərqli düşüncədədir. 

Politoloq Zəfər Quliyev hesab edir ki, şahzadənin Azərbaycan səfərində ciddi biznes maraqları var. Onun fikrincə, siyasi motiv və siyasi məsələlər ilk növbədə o qədər maraqlı deyil: “Bizim iqtidar uzun illərdir ki, həm Britaniya ilə, həm ABŞ-ın burdakı səfirlərinin Azərbaycana bağlılığının qalmasından fəal formada istifadə edir. Bununla da biznes, enerji sahəsində maraqları ödəməklə, reallaşdırmaqla özünün də, ölkənin də həm lobbiçilik sahəsində, həm siyasi məsələlərin  irəli sürülməsi, gündəmə çıxarılmasında bu adamların köməyindən də istifadə edir. Yəni, hər iki tərəfin burda maraqları var. Ona görə Britaniya şahzadəsinin əsas maraqları biznes maraqlarıdırsa, Azərbaycan hakimiyyəti bu kontakta gedəndə istər-istəməz ölkə üçün siyasi dividentlər götürmək niyyətindədir və hətta deyərdim, götürür də”. 

Z.Quliyev hesab edir ki, Britaniya mətbuatının bu məsələdə mövqeyi də anlaşılandır. Onun sözlərinə görə, Britaniya mətbuatı siyasi duruma görə bu ölkədə bu cür, bir az qapalı formada alınan kontaktlara hər zaman mənfi baxırlar: “Ona görə ki, hesab edirlər ki, siyasi fiqurlar, kral ailəsinin üzvləri, Britaniyanın siyasi dairələrinə daxil olan adamlar, eyni zamanda hansısa başqa bir ölkə ilə biznes kontaktlara gedirlərsə, hansısa bir işlə bağlı əlaqələr yaradırlarsa, bu, ilk növbədə Britaniya ictimaiyyəti üçün də  şəffaf formada aparılmalıdır. Onlar bilməlidirlər ki, bunun  məqsədi nədir, pərdə arxasında nələr baş verir. Burda başqa niyyət var. Bu isə Britaniyanın siyasi davranış qaydalarına uyğun gəlmir. Ona görə də bu cür münasibət başadüşüləndir”. 

Deputat Zahid Oruc da bildirdi ki, Britaniya mediasında buna qədərki  dövrdə kütləvi olmasa da, epizodik şəkildə tənqidi mövqelər yer alıb. Onun fikrincə, bu, normal haldır: “Düşünmürəm ki, buna görə nə Britaniya şahzadəsi səfər fikrindən daşınacaq, nə də Azərbaycan hakimiyyəti bu sayaq səfərlərlə bağlı korrektələr edəcək. Dünyada məcik diplomatiya, beynəlxalq əlaqələr, lobbi birlikləri kimi anlayışları politoloji ədəbiyyata biz gətirməmişik. Bu cür səfərlər Britaniya siyasətinin də ayrılmaz hissəsidir. Ətraf aləmimizdə və beynəlxalq siyasi münasibətlərdə bu cür səfərlər mühüm rol oynamırmı?”

Müsahibimiz bildirdi ki, qarşı tərəfin də bu səfərlə bağlı mühüm planları var. Onun sözlərinə görə, hər səfər siyasi və iqtisadi tərəfləri ilə yadda qalır: “Odur ki, mən bu səfərlə bağlı tənqidlərin dərəcəsindən, yönləndirilməsindən, hansı dairələrdən qaynaqlanmasından asılı olmayaraq, onu yüksək qiymətləndirirəm. Britaniya parlamentində və yüksək dairələrdə Azərbaycanla dostluq münasibətlərində olan şəxslər var. Azərbaycan özünün beynəlxalq əlaqələrdə dostlarının dairəsini genişləndirməklə məşğuldur. Britaniya şahzadəsi ilə bağlı münasibətlər, prezidentin etibarlı dost, yaxşı siyasi tərəfdaş olduğunu göstərir. İlham Əliyevin bu mövqeyi millətin mənafeyinin qorunmasına hesablanır”.(musavat/com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar